Qısa məzmun
FINCA Azerbaijan Kredit Satışı üzrə İşçi vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Kredit Satışı üzrə İşçi vəzifəsini elan edir.
Rol haqqında
Kredit Satışı üzrə İşçi hədəf qrupda olan müştərilər ilə əlaqə saxlayaraq onlara kredit məhsulları barədə məlumat verəcək, müştərilərin ehtiyacına və ödəniş qabiliyyətinə uyğun olaraq kredit məbləği və şərtlərini müəyyən edəcək, müştərilərin kredit ilə bağlı suallarını cavablayacaq, kreditin təsdiqlənməsi üçün lazımi sənədləşməni hazırlayacaq məsul şəxsdir.
Vəzifənin əsas öhdəlikləri hansılardır?
- Potensial müştərilərlə telefon vasitəsilə əlaqə saxlayaraq uyğun kredit məhsulunun üstünlüklərini və sadələşdirilmiş kreditvermə prosesini izah etməklə kredit satışını həyata keçirtmək
- Müştərinin cari kredit məlumatları və sahib olduğu biznes növü ilə tanış olmaq və bu məlumatları yeni kreditin verilməsində istifadə etmək
- Müştərinin ehtiyacına və ödəniş qabiliyyətinə uyğun olaraq kredit məbləğinin təyin olunması, məhsula uyğun şərtlər əsasında sənədləşməni həyata keçirtmək və kredit təsdiqi üçün təqdim etmək
- Müştəri kreditdən imtina edərsə imtina səbəbini müəyyən etmək və əgər səbəb FINCA ilə bağlıdırsa, problemin mümkün həll yollarını təklif etmək
- Ehtiyac olduğu təqdirdə potensial müştərilərlə əvvəldən təyin olunmuş vaxtlarda təkrar əlaqə saxlayaraq kredit təklif etmək
- Xarici mənbələrədən (kredit qeydiyyatı, büro və digər) müştərinin xarici kredit tarixçəsini yoxlamaq və bu məlumatları kreditin verilməsi prosesində istifadə etmək
Tələblər
Namizəddən gözləntilərimiz
- Təhsil və Təcrübə:
- Ali təhsil – Maliyyə, İqtisadiyyat, Marketinq və digər uyğun sahələr üzrə.
- Təcrübə tələb olunmur.
- Kredit məhsullarına dair kreditvermə siyasəti və prosedurları üzrə işləmə bacarıqları.
- Ümumi kreditvermə proses və prosedurları haqqında məlumatlı olmaq.
- Bacarıqlar:
- Fikrini aydın ifadə edəcək dərəcədə yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq və aktiv dinləyici olma
- Analitik düşüncə qabiliyyəti
- Vaxtı idarəetmə bacarığı
- Komanda ilə iş bacarığı
Oxşar vakansiya siyahısı:
Karvan2002 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...
Max Print Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti olmalıdır. ...
Yelo Bank ASC PL/SQL üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank şirkəti "Şəki" filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Dayanıqlı inkişaf (ESG) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib ( Şəmkir ) vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...