Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Optimal Electronics LLC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Kredit müraciətlərinin qəbulu və analizi olunmalıdır.
Optimal Elektronika” MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə “Optimal Elektronika” MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.
Vakansiya: Kredit mütəxəssisi (Lerik)
*Namizəd qeyd olunan regionun sakini olmalıdır
Tələblər:
- İş stajı : müvafiq sahədə ən azı 1-2 il;
- Dil biliyi : Azərbaycan dilində səlis danışmaq/yazmaq; rus və ya ingilis dillərindən birində fikrini sərbəst ifadə etmək bacarığı;
- Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
- Yüksək analitika qabiliyyəti;
- Yüksək ünsiyyət və təqdim etmə bacarıqları.
Əsas vəzifələr:
- Müraciət etmiş müştərilərə kredit şərtləri barəsində məlumat vermək;
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək;
- Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək;
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Karyera yüksəlişi imkanı;
- Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq müraciət edə bilərlər:
https://jobs.talhunt.az/optimal/525-kredit+uzre+mutexessis
Oxşar vakansiya siyahısı:
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin idarə edilməsi departamenti, Əməliyyat risklərinin idarə edilməsi şöbəsi/şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzində aparıcı mütəxəssis / baş mütəxəssis/menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Muhasib operator vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard) Masallı, Lənkaran və Astara şəhərlərində yerləşən, filiallar üzrə Kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu ...
GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...
CMT Group MMC Muhasib operator vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Xaçmaz, Bərdə, Mingəçevir filialları) vəzifəsi üzrə vakansiya elan edir. ...