Qısa məzmun
FINCA Azerbaijan Kredit yoxlanışı üzrə işçi (Şəmkir) vəzifəsi üzrə vakansiya elan edir.
Rol haqqında:
Kredit Yoxlanışı üzrə İşçi, Ərazi üzrə Menecerin dəstəyi ilə və uyğun nəzarəti altında işləyərək kreditvermədən öncə təsdiq olunan kreditlər və digər əlaqəli sənədlərdə qeyd olunan kritik məlumatların yoxlanışı və təsdiqedilməsi prosesinin yekunlaşdırılmasına görə cavabdehdir.
Vəzifənin əsas öhdəlikləri hansılardır?
- Kreditin verilməsinin məqsədə uyğunluğunu müəyyən etmək üçün kredit üçün müraciət edən müştərinin maliyyə və kredit statusunu təhlil etmək, əmlak qiymətləndirilməsini həyata keçirmək
- Yerli ərazi və demoqrafik məlumatlar haqqında bilikləri əsasında borcalanın və zaminin verilən kreditə uyğunluğunu və ödəniş qabiliyyətini yoxlamaq
- Ev və biznes ünvanlarını və digər məlumatları yoxlamaqla borcalanın və zaminin, həmçinin onların bizneslərinin (iqtisadi fəaliyyətinin) həqiqətən də mövcud olmaqlarına əmin olmaq və borcalan/zaminlə daim ünsiyyətdə olmaq
- Yoxlanışlar zamanı hər hansısa ciddi səbəbdən uyğunsuzluğu aşkar etdikdə kreditvermənin dayandırılma prosesini başlatmaq
- Siyasət və prosedurlara uyğun olaraq borcalanın biznesinin faktiki fəaliyyətini monitorinq etmək və verilən kreditin verilmə məqsədinə müvafiq olaraq istifadə edildiyini yoxlamaq
- Yoxlanışlar zamanı hər hansısa ciddi səbəbdən uyğunsuzluğu aşkar etdikdə kreditvermənin dayandırılma prosesini başlatmaq
Namizəddən gözləntilərimiz:
- Ali təhsil, Mühasibatlıq/Maliyyə/İqtisadiyyat və ya oxşar sahlələrdə Bakalavr dərəcəsi olanlara üstünlük verilir
- İş Təcrübəsi: Mikromaliyyə və ya Bank sahəsində ən azı 6 ay iş təcrübəsi. Kredit riski, kreditlərə nəzarət, tənzimləyici mühit və ya kommersiya kreditlərinin verilməsi sahələrində təcrübə arzuolunandır
- MS Office proqramları üzrə biliklər (MS Word, MS Excel, MS Outlook), məlumat daxiletmə və çapetmə bacarığı
- Yüksək ünsiyyət qurma bacarıqları
- Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı
- Əraziləri yaxşı tanımaq qabiliyyəti
- Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması
- Dil Bilikləri: Azərbaycan dili – səlis
Seçimlərdə növbəti addımlar:
Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda müraciət etmək üçün 🡫aşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın, 14 İyul, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!
Müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın. Çünki prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün müraciətlərin rəsmi son tarixindən sonra alınan müraciətlər qəbul olunmayacaq.
Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...