Qısa məzmun
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Link elan: https://qlor.me/m46mo40unv
Təsvir
- Kreditlərin Strukturlaşdırılması və müvafiq satış departamentləri tərəfindən təqdim edilmiş kredit sifarişlərin və limitlərin anderraytinqini təmin etmək;
- Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanması, müştərilərin kredit reytinqlərinin hesablanması və müvafiq qərarların qəbul edilməsi işini həyata keçirmək;
- Biznes kreditlərin təhlilinə dair hesabatların hazırlanması;
- Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq prosedurlara əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini aparmaq.
Tələblər
- Ali təhsil (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas);
- Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
- CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır;
- İqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları;
- Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;
- Məsuliyyətlilik və dəqiqlik;
- Təhlil, qərarvermə və ünsiyyət bacarıqları.
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...