Kreditlərin inzibatçılığı üzrə mütəxəssiss
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azərbaycan Beynəlxalq Bankı Kreditlərin inzibatçılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiyası elan edir.

Azərbaycan Beynəlxalq Bankı Kreditlərin inzibatçılığı üzrə mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Vakansiya aşağıdakı regionlar üzrə aktivdir:

  • Goranboy
  • Sumqayıt
  • Şirvan
  • Gəncə
  • Tovuz

Görəcəyiniz işlər:

  • Verilmiş kreditlərin və balansdankənar öhdəliklərin yoxlanılması;
  • Arxivləşmə işinin təşkili;
  • Bankdaxili strukturlar tərəfindən göndərilən sorğuların icrası;
  • Kreditlərin silinmələrinin icrası;
  • Müştəri sənədlərinin məhkəmə prosesi üçün hazırlanması və maliyyə arayışlarının tərtibi;
  • Kreditlərin təminatı qismində olan girovların yüklülüyə qoyulması və azad olunması üçün sorğuların hazırlanması.

Bizim üçün ideal namizəd:

  • Ali iqtisadi təhsili olan;
  • Komandada işləmək bacarığı olan;
  • İşdə dəqiqlik və detallara fikir vermək və yüksək məsuliyyət qabiliyyəti olan şəxsdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kreditlərin inzibatçılığı üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Oxşar vakansiya siyahısı:

İstehsalat üzrə mühasib

Abacus Audit And Consulting İstehsalat üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Abacus Audit And Consulting

20.06.2024 - Bakı

Əməliyyat meneceri

Barkod Electronics  əməliyyat meneceri vəzifəsinə vakansiya elan edir. ...

Baku Digital

10.06.2024 - Bakı, Zaqatala