Qısa məzmun
Göygöl Şərab Zavodu ASC şirkəti Kupajçı – (tünd alkoqollu içkilərlə araq-spirt işləyən) vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Mütləq şəkildə rus dilini bilmək;
- Namizəd işini tez öyrənməli, məntiqli düşüncəli, işində məsuliyyətli olmalıdır;
- Ali təhsilli olmalıdır
- Aqrar universitetində və Texnologiya universitetində qida sahəsi üzrə təhsil almış məzunlara üstünlük verilir
- Kompüterlə işləmək bacarığı
- İşin xüsusiyyətindən asılı olaraq orta boylu və orta bədən quruluşlu şəxslərə üstünlük verilir
Vəzifələr:
- Araq istehsalının və çeşidinin texnoloji prosesinin hazırlanması;
- Spirtin və yumuşaldılmış suyun qəbul edilməsi;
- Hazırlanmış vodka çeşidlərinin gündəlik mütləq dequstasiyası, nəticələrinin qeydiyyatı, çeşidlənməsi;
- Mayelərin filtr-press, karbon filtr batareyaları və katric tipli filtrlərdən keçirilməsi;
- Şəkər siropunun və spirtli tutmaların, qatqıların hazırlanması;
- Texnoloji sahənin bütün avadanlıqlarının profilaktik yuyulmasını təmin etmək;
- Aktiv kömürün kömür sütunlarına yüklənməsi, boşaldılması və yuyulması;
- Kvars qumunun yuyulması və bərpası;
- Müşayiət edici sənədlərin və hesabatın aparılması.
Şərtlər:
- Növbəli iş rejimi;
- İldə bir dəfə məzuniyyət
- Əmək haqqı razılaşma yolu ilə
- Fasilə zamanı korporativ nahar yeməyi
Gəncə və Gəncə ətrafında yaşayan namizədlər müraciət edə bilərlər.