Qısa məzmun
NetTech Kuryerlər üzrə menecervəzifəsi üzrə vakansiya elan edir. Aktiv, məqsədyönlü, işini sevən olmalıdır.
Namizədə tələblər:
- Sahə üzrə minimum 2 il təcrübə
- Azərbaycan və Rus dillərində səlis ünsiyyət bacarığı (İngilis dili üstünlük kimi qiymətləndirilir)
- MC Office proqramlarını mükəmməl səviyyədə bilmək
- Kreativ,məsuliyyətli,komanda işləmək bacarığı
- Yüksək səviyyədə ünsiyyətli olmaq
- Verilən baza ilə işləmək bacarığı
İş barədə məlumat:
- Kuryerlər üçün şirkətin strategiyasına və inkişafına uyğun olan iş strategiyasının hazırlanması və təqdim edilməsi
- Kuryerlərin işə qəbulu planının hazırlanması və təqdim edilməsi
- Kuryerləri cəlb etmək və kuryer şirkətləri ilə əməkdaşlıq etmək
- Gün ərzində kuryerləri idarə etmək
- Gün ərzində, həftə sonları və qeyri-iş günləri kuryerlərin monitorinqi
- Kuryerlər məlumat bazasının hazırlanması
- Gələcəkdə bütün Respublika üzrə genişləndirilmək şərti ilə, kuryer sxeminin Bakı şəhəri daxilində və xaricində genişləndirilmə planının hazırlanması və təqdim edilməsi
- Rəhbərlik tərəfindən tələb olunan gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması və təqdim edilməsi
İş şəraiti:
- Əmək haqqı namizəd ilə müsahibə zamanı təyin olunur
- İş qrafiki : 10:00-19:00 (Bazar ertəsi-Cümə)
- İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir
Müraciət qaydaları:
CV-nizi mövzu hissəsində “Kuryerlər üzrə menecer” qeyd etməklə göndərin.
Oxşar vakansiya siyahısı:
700 — 800 ₼
İradların həlli üzrə inzibatçıKontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...