Qısa məzmun
Qaya Safety Solutions Kəşfiyyatçı vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Minatəmizləmə qrupu tərəfindən müəyyən edilmiş və işarələnmiş partlamamış hərbi sursatların koordinatlarını toplamaq və nəzarət etmək;
- Təmizləmənin gedişatının xəritələşdirilməsinə və xəritəçəkmənin tamamlanması, hazırlanmasında iştirak etmək;
- Minalardan Təmizləmə Qrupu ilə təhlükəli ərazilərdə kəşfiyyatın aparılması və işarələnməsini həyata keçirilməsi;
- Kəşfiyyat aparılması metodları və texniki avadanlıqlardan düzgün istifadə üzrə təlimin keçilməsi;
- Kəşfiyyat və Minatəmizləmə Qruplarına monitorinq aparılması və dəstək göstərilməsi;
- Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Cəmiyyətin digər
- strukturlarından zəruri məlumat və sənədləri sorğulamaq;
- Layihə üzrə aparılan işlərin, daxil olan məlumatların Cəmiyyətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
- Konfidensial məlumatların məxfiliyinin qorunması;
- Əmək funksiyalarına uyğun görülmüş işlər, verilən göstəriş və tapşırıqların icrası barədə menecerinə (onun tələbinə əsasən) məlumat vermək;
- Şöbə rəhbəri tərəfindən verilən tapşırığları yerinə yetirməsi.
İş şəraiti:
- İş yeri: Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində;
- İş qrafiki 6 gün (qısadılmış);
- Gündə 3 dəfə yemək ilə təmin edilmə;
- Yaşayış yeri ilə təmin edilmə;
- AR qanunvericiliyinə uyğun sənədləşmə;
- Təcrübəli və yüksək motivasiyalı komandanın üzvü olmaq;
- Zəngin iş təcrübəsi qazanmaq imkanı;
- Müvafiq sahədə özünüzü reallaşdırmaq üçün şərait;
- Daha ətraflı məlumat müsahibə zamanı veriləcək.
Namizədə tələblər:
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi, təşkilatın missiyasına sadiqlik;
- İxtisas tələbləri: Minatəmizləmə axtarışlarının aparılmasında və kəşfiyyatın planlaşdırılmasında minimum 2 il təcrübə;
- İngilis dili biliyi arzuolunandır;
- Açıq sahə şəraitində və ölkədaxili ezamiyyətlərə hazır olmalı;
- GPS RTK sistemlərinin istifadəsi və saxlanılması üzrə təcrübə;
- Qoyulan vaxt cədvəlləri ilə işləyə bilməli;
- Hərbi xidmətdə istehkamçı vəzifəsində olan namizədlərə üstünlük veriləcək.
Elektron poçtun “Mövzu” yerinə “Kəşfiyyatçı” qeyd etməklə öz CV-lərinizi göndərə bilərsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Oxşar vakansiya siyahısı:
Videomonitorinq üzrə mütəxəssis
Azdizayn MMC Videomanitorinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...