Qısa məzmun
AzerFloat şirkəti Laborant vəzifəsi üzrə vakansiya elan edir.
Azerfloat komandası olaraq biz sizə vəd edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
- Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;
İş yeri: Azerfloat QSC Sumqayıt ofisi
Vəzifə öhdəlikləri:
- Təchiz olunmuş xammalın (qum, soda, dolomit və s.) tərkibindən nümunələr götürülməsi;
- Götürülmüş xammal nümunələrinin laboratoriyanın anbarında saxlanılmasının təmin edilməsi;
- Xammalın təyinatı üzrə laboratoriya avadanlıqlarından istifadə etməklə fiziki-kimyəvi analizlərinin aparılması;
- Əldə olunmuş analiz nəticələri barədə aktların tərtib edilməsi;
- Xammal və şüşə şıxtasından alınan analiz nəticələrinin məlumatlarının kompüterə daxil edilməsi və məlumatların verilənlər bazasında saxlanılmasının təmin edilməsi;
- Sahə ilə bağlı cədvəl və qrafiklərinin hazırlanması;
- Təyinatı üzrə tələb olunan texniki sənədləşmənin (gündəlik elektron jurnal və s.) aparılması;
- İstifadə olunan laboratoriya avadanlıqlarının düzgün istismarının və saxlanılmasının təmin edilməsi;
- Laboratoriya üçün lazım olan avadanlıqlar, cihazlar, materiallar, kimyəvi reaktivlər haqqında sifarişlərin verilməsi;
Tələblər:
- Texniki-təhsil (natamam-ali);
- Tədqiq və ya sintez edilən maddələrin kimyəvi xassələrini bilmək;
- Maddələrin kimyəvi və fiziki analiz üsullarını bilmək;
- Laboratoriya avadanlığının və nəzarət-ölçü aparatlarının istismar qaydalarını bilmək;
- Nəzarət-ölçü cihazları ilə işləyə bilmək;
- Müvafiq vəzifədə istehsalat müəssisələrində minimum 1 il iş təcrübəsi;
- MS Office;
- SAP (üstünlük verilir)
- Azərbaycan dili (əla) Rus dili (əla), İngilis dili (yaxşı);
Xüsusi bacarıqlar:
- Komandada işləmək və işi təşkil etmə bacarığı;
- Analitik və tənqidi düşünmə bacarığı;
- Detallara diqqət yetirə bilmək bacarığı;
- Məsuliyyətlilik;
- Etibarlılıq və dürüstlük;
İş şəraiti:
- İş qrafiki: 5 günlük/ növbəli;
- Tibbi sığorta;
- Nahar;
- 20 Yanvar dairəsindən servis
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Mövzü yerinə vəzifənin adını yazıb e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Tibb bacısı
Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...