Qısa məzmun
A+Co ASC Laboratoriya mütəxəssisi üzrə vakansiya elan edir.
Tələblər:
- Kimya, Biologiya sahəsində ali təhsil;.
- Göstərilən vəzifə üzrə ən azı 2 illik iş təcrübə;
- MS Office (MS Excel) proqram bilikləri;
- Rus dili biliyi əlavə üstünlükdür;
- Laboratoriya avadanlıqlarını, onların istismar olunması qaydalarını bilməli;
- Xammal və istehsal olunan hazır məhsulun keyfiyyəti üzrə fəaliyyətdə olan normativ sənədləri ilə işləmə bacarığı;
- Analizin Beynəxalq standartlara və metodlara uyğun olaraq aparılmasını təmin etməli;
- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
Vəzifə öhdəlikləri:
- Xammalın, yarımfabrikatların və hazır məmulatların keyfiyyətinə, onların standartlara və keyfiyyət serti¬fikat¬la¬rı¬na uyğunluğuna nəzarət etməsi;
- Xammalın, suyun, köməkçi material¬ların, istehsal olunan məhsulların və yarımfab¬rikatlara dair sınağın onların standartlara uğunluğuna nəzarətin (orqanoleptiki, fiziki-kimyəvi) təmin edilməsi;
- Laboratoriyanın gündəlik temperatur və rütubətini yoxlayıb və qeydlərin yaradılması
- Sınaqlarının nəticələrinin düzgünlüyünü ,obyektivliyini və tələb olunan dəqiqliyini təmin edilməsi;
- Analizin aparılması zamanı aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasına dair tədbirlərin görülməsi; –
- Kimyəvi reaktiv və məhlulların hazırlanması, hazırlanan reaktivlərin qeydiyyatının aparılması və saxlama müddətinə nəzarət edilməsi
- İstehsalat avadanlıqlarına, (çən və s.) yuyulmadan sonrakı nəzarəti təmin edilməsi ( fiziki-kimyəvi analizlərlə);
- İşçilərin əllərindən və geyimindən yaxma götürülərək mikrobioloji analizin aparılması;
- Laboratoriyada aparılan bütün analizlərin (orqanoleptiki, fiziki-kimyəvi və mikrobioloji), həmçinin cihaz kalibrasiya və
- nzimləmələrinin qeydiyyatın aparılması.
- Qeydiyyatların saxlanmasını müəyyən olunmuş qaydada yerinə yetirilməsi;
- Laboratoriyada istifadə olunan cihazların kalibrasiya və tənzimləmələrini plana uyğun olaraq həyata keçirilməsi;
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar Şirkət tərəfindən təmin olunur ;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq ;
- 20 Yanvar metrosundan servis xidməti ilə təmin olunur;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Laboratoriya mütəxəssisi” yazaraq hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...