Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azersun Holding Laboratoriya İnspektoru vəzifəsi üzrə vakansiya elan edir. Araşdırma və analizetmə bacarığı olmalıdır.
Namizədə aid tələblər:
- Kimya, Kimya Texnologiyası və ya Mühəndis Texnoloq ixtisasları üzrə ali təhsili olmalı;
- Təmizlik məhsullarının istehsalı sahəsində ən azı 1 illik təcrübəyə sahib olmalı;
- Fiziki-kimyəvi analiz laboratoriyasında çalışma qaydasını bilməli;
- Ümumi və analitik kimyanın əsaslarını bilməli;
- Texnoloji proses parametrlərinin keyfiyyət parametrlərinə təsirini bilməli;
- Təmizlik məhsulları sənayesini, xüsusiyyətlərini, özəlliklərini və texnologiyası reglamentini bilməli;
- Keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair lazımi bilikləri olmalı;
- Araşdırma və analizetmə bacarığı olmalı;
- Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
- MS Office (Word, Excel, Outlook) proqramlarında istifadə etməyi bacarmalıdır.
İş haqqında məlumat:
- Keyfiyyət standartlarına uyğun nümunələr alınmalı;
- İş təlimatlarına və standartlara əsasən analiz və sınaqlar aparmalı;
- Keyfiyyətlə bağlı problem aşkar olunduqda əlaqəli şəxslərlə birlikdə problemin həll edilməsi üçün çalışmalı;
- Laboratoriyada işlənilən məhlul və qarışıqları hazırlamalı;
- Prosesdəki keyfiyyət pozuntusunun səbəbini aşdıraraq, gərəkli tədbirləri almalı və uyğunsuzluqların aradan qaldırılması yönündə işlər görməli;
- Laboratoriya avadanlıqlarının və dəzgahların düzgün istifadəsi və saxlanılmasını təşkil etməli;
- Gigiyena və sanitariya qaydalarına əsasən günlük təftişləri həyata keçirtməli;•
- Laboratoriya şəraitində test və analizlərin vaxtında aparılmasını və nəticənin rəhbərliyə bildirilməsini təşkil etməlidir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Laboratoriya İnspektor” qeyd etməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
PRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...