Qısa məzmun
BSC Consulting & Outsourcing Company Laboratoriya müdiri (Gübrə istehsalı) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Aparılan əməliyyatların razılaşdırılmış plana uyğun olmasına nəzarət edilməsi;
- Tətbiq olunan və aparılan sınaq işlərinin standart və normalara əsaslandırılmasının təmin edilməsi;
- ISO və ASTM standartlarına əsaslanaraq daxili prosedurların yazılması və təsdiqlənməsi;
- Aparılan sınaq işlərinin nəticələrinə dair gündəlik, aylıq,illik hesabatlılığın tərtib və təmin edilməsi;
- İstismar olunan avadanlıqların və cihazların xüsusi norma və tələblərə uyğun istifadəsinə nəzarət edilməsi və cavabdeh olması;
- İşçilərin gündəlik görülən işlərə dair iş öncəsi təlimatlandırılması;
- Bütün nümunələrin gündəlik toplanmasına nəzarət edilməsi;
- Vaxtaşırı kalibrasiya tələb olunan avadanlıqların kalibrasiya olunmasının təmin edilməsi;
- Təhlükəli maddələrin və reaktivlərin təhlükəsiz saxlanılmasına və istifadəsinə nəzarət edilməsi;
- Yeni tədqiqat və analiz metodların araşdırılması, təklif edilməsi və əsaslandırılması;
Namizədə dair tələblər:
- Ali təhsil ;
- Sahə üzrə 5-10 illik iş təcrübəsi;
- Rus dili, İngilis dili;
- MS Office üzrə biliklər.
Digər məlumatlar:
- İş şərtləri: 6 günlük
- Əmək haqqı – 1500-2000 AZN (NET)
- Nahar və nəqliyyat şirkət tərəfindən verilir
- İşə qəbul AR qanunvericiliyinə əsasən aparılır.
- İş yeri – Saray qəsəbəsi
Vakansiya ilə maraqlanan şəxslərdən CV–lərini elektron ünvanına Subject/Mövzu hissəsində “Laboratoriya müdiri (Gübrə istehsalı)” qeyd etməklə göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...