Qısa məzmun
ALCO MMC Laboratoriya müdiri vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan dili, Rus dili və İngilis dilini yaxşı səviyyədə bilməlidir.
İş barədə məlumat:
- Xammalın, yarımfabrikatların və hazır məhsulların keyfiyyətinə, onların standartlara və keyfiyyət sertifikatlarına uyğunluğuna nəzarətin təmin etmək
- Texnoloji prosesin düzgün aparılmasına, reseptlərə riayət olunmasına, hazır məhsulun və yarımfabrikatların keyfiyyətinə nəzarət etmək
- Sınaq avadanlıqlarının və ölçmə vasitələrinin vəziyyətinə, vaxtında yoxlanmasına və attestasiyadan keçirilməsinə, onların xidmət və təmirinə nəzarəti təmin etmək
- Xammalların və istehsal olunan məhsulların sınağını normativ sənədlərdə göstərilən üsul və qaydalara uyğun şəkildə yerinə yetirmək
- Laboratoriyada olan sınaq avadanlıqlarından , cihazlarından və ölçmə vasitələrindən təlimata uyğun istifadə etmək
- Laboratoriya qeydiyyat jurnallarının doldurulmasını və onların saxlanmasını müəyyən olunmuş qaydada yerinə yetirmək
- Yeni sınaq avadanlıqlarının və ölçmə vasitələrinin istifadə olunmasını mənimsəyib tətbiq etmək
- Sınaq nəticələrini və sınaq protokollarını hazırlamaq
- İş qrafiki: 6gün; saat 08:00-dan 17:00-dək
Namizədə tələblər:
- Tanınmış universitetdən neft-kimya və ya kimya mühəndisliyi dərəcəsi
- Petrokimya/kimya/emal sənayesi/müvafiq proses mühəndisliyində 3 il iş təcrübəsinə malik olmaq
- Kollektivlə güclü ünsiyyət və şəxsi bacarıqlar
- Microsoft Office və sahəsi üzrə proqramlarda işləmək bacarığı
- Keyfiyyət menecmenti sistemində İSO standart tələblərini bilməli
- Məhsulların hazırlanmadan öncə və sonra keyfiyyət göstəricilərinin standartlarına uyğun olub olmadığının yoxlamaq
- İstehsal prosesi zamanı yarana biləcək problemlərin tez bir zamanda aradan qaldırılması
- Azərbaycan dili, Rus dili və İngilis dilini yaxşı səviyyədə bilmək
*Sumqayıt və yaxın ərazilərdə yaşayan şəxslərə üstünlük veriləcək.
Oxşar vakansiya siyahısı:
PRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...