Qısa məzmun
Grand-Agro İnvitro Laboratoriya üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
Vəzifə öhdəlikləri:
- Tədqiqat və inkişaf şöbəsinin mal-material sərfiyyat və sifarişinin günlük icrası, günlük istifadə edilən alət və avadanlıqlara nəzarət edilməsi;
- Tədqiqat və inkişaf üzrə operatorların günlük kəsəcəyi bitkilərin öncədən çeşidlənməsi;
- Operatorların kəsim performanslarını izləmək, işlərin və bitkilərin günlük, aylıq, illik həcm üzrə planlamasının aparılması;
- Şöbə üzrə qidalı mühitin şöbələrarası mübadiləsinin və hesabatının həyata keçirilməsi, günlük tədqiqat işləri üzrə araşdırılmaların aparılması;
- Qidalı mühit hazırlamaq bacarığına yiyələnmə, verilmiş protokollara uyğun mediaların hazırlanması, hazırlanmış medialara bitkilərin əkimini həyata keçirmək və günlük izlənilmə ilə nəticələrin qeyd olunub, protokollaşdırılması;
- Bitkilərin laboratoriyadan sonrakı iqlimləndirmə hissəsi ilə məşğul olaraq hər bitkiyə uyğun ümumi protokolların hazırlanmasını həyata keçirmək;
Ümumi məlumat:
- İş yeri: Türkan qəsəbəsi
- İş vaxtı : 1 – 5 ci günlər 08:00 – 17:00
- Təcrübə proqramının müddəti – 6 ay
Tələblər
- Ali təhsil ( Ümumi biologiya, biologiya müəllimliyi, aqronomluq, biotexnologiya ixtisası)
- Xarici dil (ingilis dili) biliyinin olması üstünlükdür.
- Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
Oxşar vakansiya siyahısı:
430₼
İstehsal xəttində nəzarətçiAyan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Tekstil meneceri
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki dəstək üzrə mütəxəssis (Helpdesk)
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...