Qısa məzmun
Ə/h 1500-2000 AZN. Azərişıq şirkəti Laravel proqramçı vəzifəsi üzrə vakansiya elan edir. Laravel ilə hazırlanmış bir neçə layihə və 2-3 il təcrübəsi.
İş barədə məlumat:
- Lazımi proqramın gündəlik işinin təşkili
- Proqram təminatının kodunun yazılması, məlumat – bazaları ilə işləmək, kodun diaqnostika və test olunmasını təmin etmək
- Şirkətin informasiya texnologiyaları üzrə inkişaf strategiyasına uyğun olaraq proqramların etibarlı və davamlı fəaliyyəti təmin etmək
- 5 günlük iş qrafiki, 09:00-dan 18:00-dək
- İstirahət günləri: şənbə və bazar
- İş yeri : Bakı şəhəri, Gənclik metrosu, Zooparkın yaxınlığı
- Əmək haqqı namizədin qabiliyyəti əsasında müəyyən olunacaq
Namizədə tələblər:
- Minimum 2-3 illik iş təcrübəsi
- PHP (OOP, MVC, ORM)
- Laravel Framework ( mütləqdir )
- MySQL (proqramçı səviyyəsində sorğuları yazıb optimallaşdırmaq bacarığı)
- HTML5, CSS3 (Bootstrap4) üzrə biliklər
- Javascript (jQuery, AJAX, JSON)
- Web servislərlə işləmək bacarığı
- Texniki səviyyədə ingilis və/və ya Rus dili biliyi
- Səliqəli və oxunaqlı kod yazmaq bacarığı
- Güclü problem analiz və həll edə bilmə bacarıqları
- Həm müstəqil, həm də kömanda yönümlü əməkdaşlıq şəraitində işləmə bacarığı olan
Müraciət etmək istəyən namizədlər CV-lərini və portfoliolarını (mütləq Laravel ilə hazırlanmış bir neçə proekt. 2-3 il təcrübə müddətində portfolio yoxdursa, CV göndərməyə lüzum yoxdur) azerishiq@azerishiq.az ünvanına göndərmələri və mövzu hissəsində “Laravel proqramçı” qeyd etmələri xahiş olunur.