Lawyer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. MZ Law Firm LLC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

Əsas Öhdəliklər:

  • Müqavilələrin layihələrinin, düzəlişlərinin, əmrlərin, təlimatların və digər sənədlərin qanunvericiliyə uyğunluğunu təmin edir;
  • Müqavilə işini yerinə yetirir, müqavilənin formasını müəyyən edir, müqavilənin layihələrini işləyib hazırlayır, müqavilə layihələrinin qanunvericiliyə uyğunluğunu dəqiqləşdirir, müqavilənin layihəsi üzrə anlaşılmazlıqların həll olunması üçün tədbirlər görür, müəyyən növ müqavilələrin notariusda təsdiq olunmasını və / və ya dövlət qeydiyyatını təmin edir;
  • İddialar üzrə işi aparır, sifarişçilərdən / podratçılardan daxil olan iddiaların qeydiyyatını və təhlilini aparır, daxil olan iddialara cavablar hazırlayır və daxil olan iddiaların qəbul və ya rədd olunması barədə ilkin qərarlar qəbul edir, sifarişçilərə / podratçılara qarşı iddialar hazırlayır, sifarişçilərə / podratçılara yönəldilmiş iddiaların təmin olunmasına nəzarət edir;
  • Dövlət nəzarət orqanlarda Müştərilərə qarşı tətbiq olunan dövlət nəzarət orqanlarının rəsmilərinə qarşı şikayətlərin hazırlayır və göndərir.
  • Təsis sənədlərinin hazırlanmasını həyata keçirir və hüquqi şəxslərin dövlət qeydiyyatını təmin edir.
  • Müştərilər üçün müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətlər verir, hüquqi sənədlərin hazırlanması zamanı hüquq yardım göstərir.
  • Şirkəti Məhkəmələrdə və dövlət orqanlarında təmsil edir.
  • Tələb olunan digər tapşırıqlar.

Bu iş üzrə tələb edilən Praktiki bacarıqlar/Biliklər və Təcrübə:

  • Hüquq üzrə diplom;
  • Müqavilə layihələrin hazırlanmasında təcrübə (üstünlük verilir);
  • Azərbaycan dili – əla, İngilis dili –  əla, Rus dili – əla olmalıdır;
  • Kompüter bilikləri: Microsoft Office.  

Əmək haqqı bacarıqlardan asılı olaraq 800-1200 manat arasıdır.

CV-lərinizi müraciət bölməsində qeyd olunan ünvana yollaya bilərsiniz.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...