Qısa məzmun
Yelo Bank Layihələrin idarəedilməsi şöbəsində Lahiyə rəhbəri üzrə vakansiya elan edir.
İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Layihələrin idarəedilməsi şöbəsində Lahiyə rəhbəri” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Project Manager” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərsiniz.
Struktur: Biznes Tələblərinin İdarəedilməsi departamenti / Layihələrin idarəedilməsi şöbəsi
Vəzifə: Lahiyə rəhbəri
Bilavasitə tabeçiliyi: Departament direktoru / Şöbə müdiri
Vəzifə öhdəlikləri:
- Layihələrin təşəbbüsü, o cümlədən layihə sifarişlərinin toplanması və baxılması;
- Layihələrin idarə edilməsinə dəstək;
- Layihələrin portfellərinin ümumi resurslarının idarə edilməsinə dəstək;
- Layihələrin idarəetmə metodologiyasının, standartlarının müəyyən edilməsi və işlənməsinə dəstək;
- Layihələrin gerçəkləşməsinə mane olan problemlərin həllində dəstək;
- Layihənin şərtləri və ya büdcəsi təsdiq olunmuşdan artıq dəyişdiyi halda, layihə sənədləşmənin düzəldilməsi və hazırlanması;
- Təsdiq olunmuş layihə sənədləşmənin layihələrinin icrasının uyğunluğunun monitorinqi və cari nəzarət;
- Layihələr üzrə hesabatların tərtibi;
- Layihələrin başa çatdırmağa doğru hazırlanması.
- -övcud prosseslərin səmərəliliyi və mümküm olan optimizasiyasının auditinə dəstək;
Bank və əlaqəli sistemlərinin inkişafı və təkmilləşdirmə sahəsində layihələrin müstəqil təşəbbüsü və reallaşması. - Layihələrin effektiv realizasiyasını, əlaqələndirməsini və idarəetməni təmin edilməsinə dəstək olmaq.
- Layihələrin gerçəkləşməsi çərçivəsində Bankın bölmələri arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsi.
Tələblər:
- Ali təhsil (İnformasiya Texnologiyları üzrə üstünlük hesab olunur);
- Bank və ya İnformasiya Texnologiyaları sahəsində ən azı 3 illik iş təcrübəsi;
- Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında bilik;
- Microsoft office, bank və digər xüsusi proqramların istismarı;
- Güclü analitik, təşkilati və ünsiyyət bacarıqları;
- Çox tapşırıqları icra etmək, vəzifələri prioritetləşdirmək;
- Həm müstəqil, həm də komanda mühitində işləmək bacarığı;
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək;
- PMP/PRINCE II sertifikatının mövcudluğu.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...