Qısa məzmun
Ə/h razılaşma yolu ilə. PAŞA Sığorta şirkəri Layihələrin İdarəolunması üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və Öhdəliklər:
- Şirkətin layihə portfelinin idarəolunması və biznes strategiyasına uyğunluğunun təmin olunmasında dəstək göstərmək;
- Layihələrin idarəolunması istiqamətində metodologiyanın biznes ehtiyaclarına və layihələrin xüsusiyyətlərinə əsasən təkmilləşdirilməsi prosesində dəstək göstərmək;
- Layihələrin idarəolunması istiqamətində metodologiyaya uyğun olaraq layihələrin aparılmasında və sənədləşdirilməsində Layihə Menecerlərinə dəstək olmaq;
- Rəhbər Komitənin təşkil olunması;
- Tamamlanmış layihələrin effektivliyinin ölçülməsi məqsədi ilə təyin olunmuş Əsas Fəaliyyət Göstəricilərinə əsasən qiymətləndirmənin keçirilməsi;
- Layihə komandasının təyin olunmuş Əsas Fəaliyyət Göstəricilərinə əsasən qiymətləndirmənin keçirilməsi;
- Layihələrin İdarəolunması üzrə biliklərin artırılması məqsədi ilə müvafiq təlim, iclas və seminarların keçirilməsi;
- Layihə portfeli üzrə aylıq hesabatların hazırlanması;
- Layihə sənədlərinin arxivləşdirilməsini təmin etmək;
- Şirkət daxilində layihələr barədə məlumatlılığın artırılması məqsədi ilə kommunikasiyanın gücləndirilməsində dəstək olmaq;
- Layihələrin idarəolunması istiqamətinin yetkinlik səviyyəsinin yüksəldilməsi məqsədi ilə boşluqların müəyyən edilməsi, tədbirlər planın hazırlanması və icrası.
Bilik və bacarıqlar:
- Ali texniki, maliyyə, iqdisadiyyat və yaxud layihələrin idarəolunması üzrə təhsil;
- Layihələrin idarəolunması istiqamətində ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan və ingilis dillərində sərbəst ünsiyyətqurma və yazı bacarığı, işgüzar rus dili biliyinin olması arzu olunandır;
- Peşəkar təqdimat bacarıqları;
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Microsoft Office üzrə (Excel, Power point) qabaqcıl istifadə bacarıqları;
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
- Dürüst, geribildildirimə açıq və komandada işləmək bacarığı;
- Layihələrin İdarəolunması istiqaməti üzrə (PMP, Prince2, PMI-ACP) sertifikasiyanın olması arzu olunandır.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...