Qısa məzmun
CityMap Layihə Direktoru vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və öhdəliklər:
- Birbaşa Şirkət rəhbərinə günlük, həftəlik, aylıq və rüblük hesabatların təqdim edilməsi;
- Şirkət rəhbəri ilə işçi komandası arasında körpü rolunu tam yerinə yetirmək;
- Layihələrin strategiyasına, marketinq planına nəzarətin təşkili;
- İşçilərin davamlı bonus (motivasiya) və lazım olanda cərimələrə təşfiqi;
- Müştəri məmnuniyyətinə nəzarət;
- Yeni korporativ əməkdaşlıqların təşkili (A-Z).
Tələblər:
- Yaş: 22-38 arası;
- Cinsi: Qadın(üstünlük verilir)/Kişi;
- Azərbaycan dili səlis, rus və ingilis dilini bilməsi arzuolunandır;
- Ünsiyyətcil, tələbkar və təşəbbüskar;
- Komandada və müştərilərlə işləmək bacarıqları;
- Analitik zəkalı, məntiqi və riyazi hesablama aparmaq bacarıqları;
- Güclü kommunikasiya bacarıqları;
- İşdə dəqiqlik və detallara fikir vermə bacarıqları;
- İdarəetmədə qısa da olsa müəyyən təcrübi biliklər.
İş şəraiti:
- Professional Layihə idarəetməsi (PMP) kursu keçiriləcək;
- “CityMap” MMC-yə məxsus bütün ofislər (Bakı şəhəri daxilində);
- Korporativ nömrə ilə təmin ediləcək;
- İşə qəbul: AR Əmək Məcəlləsinə əsasən sənədləşdirilmə aparılır;
- Əməkhaqqı: 500 AZN-1500 AZN (fiks) + bonus (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur).
Əlaqə nömrəsi: (055)224-40-52
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...