Qısa məzmun
Ə/h 1200 -1500 AZN. NewCond LLC Layihıə meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Nyukond şirkəti HVAC ( isitmə, soyutma və havalandırma ) sahəsi üzrə fəaliyyət göstərir. Şirkətin əsas iş fəaliyyətini Mitsubishi Electric , AUX və Hann brendlərinin istehsalı olan kondisioner sistemləri üzrə avadanlıqların idxalı, satışı , quraşdırılması və servis xidmətləri təşkil edir .
İş barədə məlumat :
- İş , ofis daxilində , müxtəlif tenderlər, satınalmalar və sorğular üçün şirkət tərəfindən təqdim olunacaq kommersiya təkliflərinin hazırlanmasından , lazım gələrsə Sifarişçilərlə görüşlərin təşkilindən ibarət olacaq .
- Əmək haqqı rəsmi şəkildə, karta ödənilmək şərtilə 1200-1500 AZN təşkil edəcək .
- İş qrafiki həftənin 5 günü , saat 9:00 – 18:00 aralığında olacaq . Şənbə , bazar və bayram günləri iş günü olmayacaq.
Namizədə tələblər:
- Kommersiya təkliflərinin təqdim olunması zamanı bazar araşdırılması edərək rəqiblərin qiymət siyasətlərini təqib etməli , müxtəlif materialların və işlərin qiymətləndirilməsi zamanı yerli və xarici təchizatçılarla biznes əlaqələri yaradıb təkliflərin qiymətləndirliməsini yerinə yetirməlidir ;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi ilə yanaşı Müqavilələri və digər sənədləri tərtib etməyi bacarmalıdır;
- HVAC ( isitmə, soyutma və havalandırma ) sistemlərində istifadə olunacaq avadanlıq və materiallar haqqında dərin , peşəkar bilik və məlumatlara sahib olmaqla yanaşı 3 illik iş təcrübəsi olmalıdır ;
- Exell , Word , 1C proqramlarında səlis işləməyi bacarmalı , texniki biliklərə sahib olmalıdır ;
- AutoCad proqramını başlanğıc səviyyədə bilməli , Sifarişçilər tərəfindən göndərilmiş layihə sənədlərindən anlayışı olmalı və şirkətin mühəndisləri ilə təmasda olmalıdır ;
- Ali təhsilli , məsuliyyətli, işə davamiyyətli, nizam-intizam qaydalarına riayət edən, Azərbaycan dilində səlis danışa və yaza bilən , kollektivlə işləmək bacarığı olan xanım namizədlərə üstünlük veriləcək .
- Rus və İngilis dillərində bilikləri olan namizədlərə də xüsusi üstünlük veriləcək .
- 25-40 yaş həddində olmalıdır ;
CV lər office@newcond.az və iazimov@newcond.az emaillərinə göndərilməlidir .
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...