Qısa məzmun
Kontakt Home Layihə meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə görə layihənin idarə edilməsi;
- Layihənin iş planın hazırlanması, koordinasiyası və vaxtında yerinə yetirilməsinə nəzarət etməsi;
- Layihə üçün lazımi işçi qüvvəsi, avadanlıq və materialların müəyyən edilməsi və təsdiqi;
- Layihə performansını, həcmini, qrafikini və xərclərini müvafiq sistem vasitəsi ilə ölçməsi;
- Layihə risklərini azaltmaq məqsədilə risklərin idarə edilməsi;
- Layihə ilə bağlı sənədləşmənin aparılması;
- Proseslərin və göstəricilərin analiz edilməsi;
- Yeni təkliflərin edilməsi;
- Seqment üzrə analizlərin aparılması;
- Bazar tələbatının, rəqiblərin aktivliklərinin öyrənilməsi;
- Partnyorlarla iş (ortaq layihələrin idarə edilməsi);
- Layihənin icrası ilə birbaşa və ya dolayısı ilə əlaqəli olan departamentlər və şöbələrlə əlaqələrin yaradılması;
- Layihənin həyata keçirilməsi üçün keyfiyyət standartlarına uyğunluğa riayət edilməsi;
- Dövrü hesabatların hazırlanaraq struktur rəhbərinə təqdim olunması.
İş barədə məlumat:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Tələblər
- Ali təhsil;
- Azərbaycan və rus dillərində səlis, ingilis dilində yaxşı səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Layihə meneceri (İT sahəsi) olaraq minimum 3 il iş təcrübəsi (Elektron kommersiya platformaları ilə iş təcrübəsi üstünlükdür);
- Proqram təminatının işlənməsinin həyat dövrü və layihənin idarə edilməsi metodologiyaları (Agile, Scrum, Kanban) haqqında dərin anlayış;
- Rəqəmsal marketinq prinsipləri və SEO, SEM, məzmun marketinqi, SMM və e-poçt marketinqi daxil olmaqla ən yaxşı təcrübələr haqqında biliklərin olması üstünlükdür;
- Layihənin məhsuldarlığını və səmərəliliyini artırmaq üçün prosesləri təhlil etmək və optimallaşdırmaq bacarığı;
- UX/UI dizaynının əsaslarını və onun istifadəçi təcrübəsinə təsirini başa düşmək;
- Layihənin texniki tələblərini və biznes proseslərini təsvir etmək bacarığı;
- Veb proqramların hazırlanması sahəsində müasir texnologiyalar və tendensiyalar haqqında biliklər;
- Jira, Trello və ya oxşar layihə idarəetmə sistemləri ilə təcrübə;
- Trafik və istifadəçi davranışını izləmək və təhlil etmək üçün Google Analytics və digər analitik alətlərdən istifadə bacarığı;
- A/B testi və CRO (Conversion Rate Optimization) üçün alətlər üzrə biliklər;
- Confluence, Slack və başqaları kimi əməkdaşlıq alətləri ilə işləmə bacarığı;
- Cədvəllər və hesabatlar yaratmaq və təhlil etmək üçün Microsoft Office və Google Workspace, xüsusilə Excel və Google Sheets proqramlarında işləmə bacarığı;
- Mükəmməl ünsiyyət bacarıqları;
- Çarpaz funksional komandaları və layihələri idarə etmək bacarığı;
- Tez qərar qəbul etmək və problemləri həll etmək bacarığı.
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...