Qısa məzmun
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası Layihə meneceri vəzifəsi üzrə vakansiya elan edir.
- Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası Layihə meneceri vakansiyası elan edir.
- Komandamıza qoşulmaqla uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəksiniz.
Əsas vəzifə və öhdəliklər:
- Layihənin müxtəlif mərhələlərində işin təşkilinin həyata keçirilməsi;
- Layihəni uğurla başa vurmaq üçün bütün fəaliyyətləri detallı şəkildə müəyyən edən və ardıcıllığı təyin edən iş planının hazırlanması;
- Layihənin tələb olunan keyfiyyətdə vaxtında, büdcə və layihənin iş həcmi çərçivəsində yerinə yetirilməsini təmin etmək;
- İşin həcmini və məqsədlərini bütün layihə tərəfdaşlarını cəlb edərək irəli aparmaq;
- Layihə təkliflərinin hazırlanması və donorların axtarılması;
- Resursların yetərliliyini və paylaşdırılmasını təmin etmək;
- Layihənin cədvəlini, proqramını rəhbərliklə birlikdə və eləcə də layihənin fəaliyyətinin təsir edəcəyi digər heyət üzvləri ilə nəzərdən keçirmək;
- Layihə tərəfdaşları və faydalananlar arasında münasibətləri tənzimləmək;
- Layihə risklərini azaltmaq məqsədilə risklərin idarə edilməsi;
- İşin icrasına nəzarət etmək və yaranacaq problemlərin aradan qaldırılmasını təmin etmək;
- Səmərəliliyin artırılması məqsədilə ilə yeni təkliflər vermək;
- Fəaliyyətə uyğun dövri hesabatların hazırlanmasında iştirak etmək
Tələb olunan bilik və bacarıqlar:
- Layihələrin idarə olunması və idarəetmə sahəsində minimum 1 illik iş təcrübəsi;
- Azərbaycan dilində effektiv şifahi və yazılı ünsiyyət bacarıqları (ingilis və rus dilləri arzuolunandır);
- MS Office proqramlarında müstəqil şəkildə işləmə bacarığı;
- Yeni ideyalara malik olma və təşəbbüskarlıq;
- İşgüzar münasibətlərin qurulması və danışıqların aparılması bacarığı;
- Güclü araşdırma, analitik yanaşma və təhlil;
- Komandada işləmək bacarığı;
- Müxtəlif biznes sektorları haqqında məlumatlılıq və anlayışın olması;
- Kommunikasiya və satış bacarıqları;
- Güclü təşkilatçılıq və liderlik bacarıqları;
- Punktuallıq və detallara qarşı diqqət;
- Çeviklik və sıx qrafiklərdə yüksək performans;
- Vaxtın səmərəli idarəsi və müəyyən edilən son tarixlərə riayət edilməsi;
İş şərtləri:
- AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi
- İş qrafiki: həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək, Şənbə günləri 10:00- 13:00-dək
- Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq.
- Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində “Layihə meneceri” qeyd etməklə vacancy@kobska.az elektron ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
- Müraciət üçün son tarix: 5 fevral, 2022
- Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) sahibkarların maarifləndirilməsi, inkişaf etdirilməsi, müasir səriştələrin aşılanması, şəbəkələşmə, mübadilə və kommunikasiya, habelə beynəlxalq təcrübənin tətbiqi üçün vahid platforma ilə çıxış etmək iddiasını əks etdirir. Assosiasiyanın əsas məqsədi ölkədə yeni dövr sahibkarlıq mühitinin inkişafına xidmət etməkdir.
- KOBSKA haqqında ətraflı məlumat üçün www.kobska.az saytına daxil olun.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...