Layihə meneceri
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Avromed Company QSC Layihə meneceri vəzifəsi üzrə vakansiya elan edir. Təzyiq altında işləmək qabiliyyəti olmalıdır.

Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir.

Şirkət Bakı və Regionlar üzrə “Layihə meneceri” vəzifəsinə işçi dəvət edir.

İş barədə qısa məlumat:

  • Brendbuka, pərakəndə satış məntəqələrinin optimal istifadəsinə və aptek müəssisələrinə tətbiq olunan qaydalara riayət etməklə yeni aptekərin qrafik/memarlıq dizaynını hazırlayır;
  • Texniki çertyojları hazırlayır və yoxlayır, material və mebel tələblərini və təkliflərini araşdırır, uyğun olan təklifi, mexaniki, elektrik və santexnika (MES), habelə mebel sifarişlərini təsdiq və təqdim edir;
  • Müştəri, aptekin yerləşəcəyi sahənin sahibi, subpodratçılar və təchizatçılar arasında koordinasiya yaradır. Subpodratçılar, təchizatçılar və müxtəlif layihə iştirakçıları ilə qiymətlərin razılaşdırılmasını təmin edir;
  • Sahədə tamamlanan işlərə əsasən subpodratçılardan gələn hesab-fakturaların yoxlanılmasını həyata keçirir;
  • Müəyyən edilmiş sahə üzrə əvvəlcədən mənbələrin araşdırılması və təşkil edilməsini təmin edir;
  • Sahədə tamamlanan işlərin keyfiyyətini və çertyoja uyğun olmasına nəzarəti həyata keçirir. Sahədə qayda və prosedurları tətbiq edir. Azərbaycanın müxtəlif bölgələrində yerləşən sahələrə şəxsən nəzarət edir.

Tələb olunan bilik və bacarıqlar:

  • Təhsil: Ali/Bakalavr
  • İş təcrübəsi: İnşaat sahəsi üzrə 3 ildən çox iş təcrübəsi.
  • Dil bilikləri:
  • Azərbaycan və Rus dilləri – mükəmməl.
  • İngilis dili – arzuolunandır.
  • Peşə bacarıqları:
  • Kommersiya danışıqları aparmaq bacarıqları
  • Planlaşdırma bacarığı
  • Məntiqi yanaşma
  • Detallara diqqət
  • Kompüter bilikləri: MS office, AutoCAD

Əmək haqqı iş təcrübəsi və peşəkar keyfiyyətlərinə əsasən müəyyən olunacaqdır.

Maraqlananlar CV-lərini vacancy@avromed.az elektron ünvanına 05.03.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Layihə meneceri” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

550₼
İstehsalat Operatoru

Ayan MMC İstehsalat Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Ayan MMC

28.03.2025 - Xırdalan

430₼
İstehsal xəttində nəzarətçi

Ayan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Ayan MMC

28.03.2025 - Xırdalan

Tekstil meneceri

QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

QAYO MMC

19.03.2025 - Bakı

Texniki dəstək üzrə mütəxəssis (Helpdesk)

Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

17.03.2025 - Bakı

700 — 900 ₼
Anbardar (istehsalat anbarına)

AZELKO MMC Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

AZELKO MMC

14.03.2025 - Bakı