Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Qartal Construction Company İnşaat mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Nahar firmanın hesabına verilir.
Tələblər:
- Minimum 5 il uyğun vəzifələrdə iş təcrübəsi olmalı;
- İnşaatçı mühəndis ixtisası üzrə ali təhsil müəssisəsini bitirmiş olmalı;
- Tenderlərin qiymətləndirilməsi və layihəyə nəzarət bacarığına malik olmalı;
- İngilis diliini mükəmməl bilməli;
- Kompüter biliklərinə (word, excel, autocad, outlook və s.) malik olmalıdır;
- Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir;
- B kateqoriya sürücülük vəsiqəsinin olması uyğundur.
Vəzifə öhdəlikləri:
- İşçinin yerinə yetirəcəyi işlər aşağıdakılardır:
- BP şirkəti, SOCAR-ın struktur bölümləri və digər sifarişçilərin layihələri üzrə işlərin qiymətləndirilməsi, bazarın araşdırılması və uyğun qiymət təklifinin verilməsi;
- Ona tapşırılmış layihələr üzrə işlərin gedişinin koordinasiya edilməsi, sahədə işin keyfiyyətlə yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərin düzgün işlənilməsinə nəzarət edilməsi;
- İşlərin yüksək HSSE tələbləri ilə yerinə yetirilməsinə nəzarət edilməsi;
- Təhvil-təslim aktlarının tərtib edilib sifarişçinin imzalaması üçün hazırlanması;
- Gündəlik raportların elektron formatda layihə koordinatoru tərəfindən göndərilməsinə nəzarət edilməsi.
İş haqqında məlumat:
- BP şirkəti, SOCAR-ın struktur bölümləri və digər sifarişçilərin layihələri üzrə işlərin qiymətləndirilməsi, bazarın araşdırılması, uyğun qiymət təklifinin verilməsi və sahədə işlərə rəhbərlik edilməsi;
- Tapşırılmış layihələr üzrə işlərin gedişinin koordinasiya edilməsi, sahədə işin keyfiyyətlə yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərin düzgün işlənilməsinə nəzarət edilməsi;
- İşlərin yüksək HSSE tələbləri ilə yerinə yetirilməsinə nəzarət edilməsi;
- Təhvil-təslim aktlarının tərtib edilib sifarişçinin imzalaması üçün hazırlanması;
- Gündəlik raportların elektron formatda layihə koordinatoru tərəfindən göndərilməsinə nəzarət edilməsi.
İşçi üçün şərait:
- Namizəd iddia etdiyi minimum əmək haqqını CV-də bildirməlidir;
- Nahar yeməyi və telefon rabitəsi firmanın vəsaiti hesabına təmin edilir;
- Ehtiyac yaranarsa ona özünün idarə etməsi şərti ilə xidməti avtomobil təhkim edilir;
- İş günləri 6 günlük iş həftəsi, saat 09:00-18:00 təyin edilir.
Əlaqə vasitələri:
Namizədlərin CV-lərini info@qartal.az e-mail adresinə, mövzu hissəsində “Layihə Meneceri – İnşaatçı Mühəndis” yazmaqla göndərmələri xahiş olunur.
Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011
Əlaqələndirici şəxs: Tural Məmmədov
Telefon: +994 50 235 48 67
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...