Qısa məzmun
PMD Projects MMC Layihə müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Müraciət üçün linkə daxil olun: https://qlor.me/l8og5c1h
Təsvir
ÖHDƏLİKLƏR
- Tikinti layihələrini şirkətin daxili prosedur və qaydalarına, qüvvədə olan müvafiq qanunvericilik aktlarına və digər qanuni və ya tənzimləyici normalarına uyğun idarə etmək;
- Layihənin razılaşdırılmış müddətə, ayrılmış büdcə çərçivəsində və tələb olunan keyfiyyətdə həyata keçirilməsini təmin etmək;
- Layihə üzrə işlər həcmini (ilkin tələblər, müqavilələr, spesifikasiya, layihələndirmə sənədləri və s.) planlaşdırmaq, təsdiqləmək və icrasına nəzarət etmək;
- Tikinti əməliyyatlarını planlaşdırmaq, o cümlədən layihənin iş qrafikinin hazırlanması, proqresin izlənilməsi və nəzarət edilməsinə rəhbərlik etmək;
- Layihələrin icra statusu barədə mütəmadi olaraq hesabatları hazırlamaq və bütün maraqlı tərəfləri məlumatlandırmaq;
- Layihə üzrə ehtimal büdcələrin, qiymət cədvəllərinin tərtibatına rəhbərlik etmək və tikinti xərclərini layihənin bütün həyat dövrü idarə etmək;
- Layihə üzrə maraqlı tərəfləri müəyyən etmək, idarəetmə və monitorinqi üzrə işləri təşkil etmək;
- Layihə üzrə əlaqələndirmə işlərini həyata keçirmək, o cümlədən şirkətdaxili, layihə komandası, sifarişçi, son istifadəçi, podratçı şirkətlər və digər maraqlı tərəflərlə mütəmadi koordinasiya və kommunikasiya işlərini təşkil etmək;
- Layihə üzrə resursları idarə etmək, o cümlədən işçi qüvvəsi, material, xidmət və avadanlıqların təmin edilməsini təşkil etmək;
- Layihə üzrə maliyyə axınını planlaşdırmaq və layihənin icrası müddətində təhlil edilməsinə nəzarət etmək;
- Layihənin bütün maraqlı tərəflərlə mərhələli şəkildə razılaşdırılmasını təmin etmək;
- Layihənin şirkətin SƏTƏM və Keyfiyyətin idarəedilməsi ilə bağlı siyasət və qaydalarına uyğun həyata keçirilməsini təmin etmək;
- Layihə üzrə satınalmaları idarə etmək, o cümlədən satınalma strategiyasını hazırlamaq, satınalmaları planlaşdırmaq, həyata keçirmək və nəzarət etmək;
- Sifarişçi və podratçılar ilə müqavilə inzibatçılığı işlərinin icrasına nəzarət etmək;
- Layihə üzrə dəyişikliklərin kompleks idarə edilməsi və nəzarətini təşkil etmək;
- Layihə üzrə risklərin müəyyən edilməsi, təhlil edilməsi, tədbirlər planının hazırlanması, icrası və monitorinqi işlərini həyata keçirmək;
- Tabeçiliyində olan komandanın səmərəli idarəedilməsi, qiymətləndirilməsi və inkişafı ilə bağlı tövsiyələrin verilməsi;
- Resursların (işçi, maliyyə, material və s.) layihələr arasında səmərəli bölgüsünü təşkil etmək;
- Layihələrin mənfətliliyini artırmaq üçün səy göstərmək, o cümlədən, lazımi strategiya, alət və üsullardan istifadə etmək;
- Layihə üzrə idarəetmə sənədləşmə işlərinin təşkil edilməsi, o cümlədən Nizamnamə, İdarəetmə Planları, Dəyişiklik formaları və digər layihə sənədlərinin hazırlanması, təsdiqlənməsi və arxivləşdirilməsini təmin etmək.
Tələblər
- Mühəndislik ixtisası üzrə ali təhsil;
- Tikinti layihələrinin idarəedilməsi sahəsində azı 10 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yaxşı, Rus dili– arzuolunandır;
- Kompüter bacarıqları: MS Office, Autocad;
- Tikinti normalarına və layihə idarəedilməsinə dair biliklər;
- PMP və ya digər oxşar sertifikatların olması arzuolunandır;
- Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı.
Oxşar vakansiya siyahısı:
1200₼
Layihələrin idarə olunmasi üzrə koordinatorPRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Kimyəvi analizlər üzrə laborant
Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Hazır məhsul müfəttişi
Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...
Avtomatika mühəndisi
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
İstehsal üzrə növbə rəisi
Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Avtomatika mühəndisi
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...