Layihə rəhbəri (Restoran şəbəkəsinin yaradılması və idarə edilməsi üzrə)
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

A+Co ASC Layihə rəhbəri (Restoran şəbəkəsinin yaradılması və idarə edilməsi üzrə) vəzifəsi üzrə vakansiya elan edir.

  Tələblər:

  • Ali təhsil ( Menecment ,Marketinq ,Biznesin idarəedilməsi  sahəsi üzrə);
  • Restoran  şəbəkələrinin  qurulması və idarə olunması  üzrə ən azı 5 illik iş təcrübəsi;
  • Səlis Azərbaycan dili , Rus dili və İngilis dili bilikləri;
  • Layihələrin idarəolunması üzrə beynəlxalq sertifikatın olması üstünlükdür:
  • İrəli səviyyədə MS Office bilikləri;
  • İlkin maliyyə bilikləri.
  • Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığının olması;
  • Analitik, strateji düşünmə və problemlərin öhdəsindən asanlıqla gəlmək bacarığının olması;

  Vəzifə öhdəlikləri:

  • Proseslərinin idarə edilməsinin təşkil olunması ;
  • Layihələrin müəyyənləşdirilməsi, prioritetləşdirilməsi və həyata keçirilməsi üçün müvafiq struktur bölmə rəhbərləri ilə əməkdaşlığın təmin edilməsi;
  • Layihənin maliyyə hesabatlarının tərtibi, gəlir və mənfəət göstəricilərinin analizi;
  • Layihənin vaxtında və keyfiyyətlə tamamlanmasına cavabdehlik daşıması;
  • Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması.
  • Bazar araşdırmalarının aparılması.
  • Rəhbərlik tərəfindən həvalə olunan digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi və mütəmadi qaydada hesabatların verilməsi

İş şəraiti:

  • İş yeri: Bakı Şəhəri, Səməd Vurğun küçəsi 34, AF MALL ticarət mərkəzi.
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Nahar Şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Layihə rəhbəri ” yazaraq göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Məhsul üzrə menecer

Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

17.02.2025 - Bakı