Qısa məzmun
Gravity Inc Layihə rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Layihələrin idarəedilməsi sahəsi üzrə minimum 4 il təcrübə mütləqdir;
- Təhsil sahəsi üzrə minimum 2 il təcrübə arzuolunandır;
- Onlayn təhsil portallarından istifadə səriştələri;
- Layihə idarəetməsi üzrə beynəlxalq sertifikasiya arzuolunandır (PMP, PRINCE2 və digər sertifikasiya);
- Azərbaycan dilində mükəmməl yazma və kommunikasiya, rus və ingilis dillərini bilməsi arzuolunandır;
- MS Office proqramlarından tam istifadə etmə, SPSS arzuolunandır;
- Analitik və strateji düşüncə, həmçinin güclü araşdırma qabiliyyəti;
- Stressə dözümlülük;
- Vaxtın düzgün idarə edilməsi bacarıqları;
- Komandanın idarə edilməsi bacarıqları;
- Produktivlik;
- Vəzifə təlimatına müvafiq olaraq nəticəyönümlü fəaliyyətin təşkili;
- İş qrafiki ilə bərabər olaraq keyfiyyəyə yönəlik fəaliyyət təşkil etmək;
- Beynəlxalq modelləri araşdırıb layihənin tələbinə cavab verən elementləri tətbiq etmək.
Vəzifə öhdəlikləri:
- Layihəyə cəlb olunacaq işçi heyətin ştat cədvəlinin formalaşdırılması, işçi heyəti üzrə vəzifə öhdəliklərinin müəyyənləşdirilməsi, işçi heyətin cəlb edilməsi və mütəmadi təlimlərin keçirilməsi;
- Layihənin planlaşdırılması, icrası və icrasına nəzarəti təmin etmək;
- Layihənin qüsursuz icrası üçün daxili resursları və üçüncü tərəfləri/kontraktorları düzgün koordinasiya etmək;
- Layihə üzrə risk və digər məsələlərin müəyyən edilməsi, araşdırılması və həll olunmasına nəzarəti həyata keçirmək;
- Layihə üzrə kommunikasiya və koordinasiyanı təşkil etmək, hesabatlığın aidiyyəti üzrə təqdim edilməsini təmin etmək;
- Proqram və layihə idarəetməsi standartları üzrə maarifləndirmə məqsədilə layihə komandası ilə mütəmadi görüşlərin və təlimlərin təşkili;
- Layihənin tələb olunan keyfiyyətdə və vaxtda, büdcə və layihənin iş həcmi çərçivəsində yerinə yetirilməsini təmin etmək;
- Bütün layihə məlumatlarının lazımi qaydada sənədləşməsinə və təhlükəsizliyinə əmin olmaq üçün fayl sistemini qurmaq;
- Layihənin nəticələrini planlama dövrü ilə üzləşdirmək və uyğunluğunu qiymətləndirmək;
- Beynəlxalq təcrübənin öyrənilməsi, layihə standartları, prosedurları və metodoloji sənədlərin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasını təklif etmək.
Qazanacaqlarınız:
- Yaradıcı heyətlə çalışma;
- Gənc kollektivlə işləmə imkanı;
- Pilot layihəyə qoşulma və inkişaf etmə imkanı;
- Yeni əlaqələr yaratma imkanı.
CV-nizin Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatları lokanik və aydın qeyd olunmalıdır.
Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini hr@gravityinc.az elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Layihə rəhbəri” qeyd etmələri xahiş olunur.
Mövzu hissəsində bildirilən müvafiq qeyd olmayan CV-lərə baxılmayacaq.
Qeyd: CV hazırlamaqda çətinlik çəkən şəxslər www.cvyarat.az portalında qeydiyyatdan keçərək, peşəkar CV üçün önəmli məlumatları dolduraraq CV-ni PDF formatında əldə edə bil
Oxşar vakansiya siyahısı:
Seylab İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...