Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AS Group Investment LLC Layihə rəhbəri vəzifəzi üzrə vakansiya elan edir. Bina tikintisi üzrə təcrübəli olmalıdır.
Vəzifə təlimatları:
- Tikinti prosesinin idarə edilməsinin təşkili
- Tikinti prosesi mərhələləri üzrə planın, iş qrafikinin və iş həcmlərinin müəyyən edilməsi
- Layihə büdcəsinin və xərclərinin idarəedilməsi
- Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması
- Tikinti qanunvericiliyinə əsasən razılaşdırma və icazə sənədlərinin müvafiq orqanlardan əldə edilməsi
- Lazımi işçi qüvvəsi, avadanlıq və materialların müəyyən edilməsi
- Material və avadanlıqların iş qrafikinə əsasən təsliminin təşkili
- İşçi heyətinin təyin edilməsi və müvafiq mütəxssislərə iş bölgülərinin təqdim edilməsi
- Tabeliyində olan sahə mühəndisləri/iş icraçılarının işlərinə nəzarət edilməsi
- Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 sənədlərinin və texniki sənədlərin təsdiqi
- Tikinti layihəsinə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərə nəzarət
- Sifarişçi ilə keçirilən toplantılarda Podratçı adından iştirak
- Tikintidə təhlükəsizlik qaydalarına nəzarət olunması və SƏTƏM üzrə mütəxəssis ilə sıx ünsiyyətdə olmaq
- Tikintinin gedişatı və xərclərlə ilə bağlı Baş Ofisə gündəlik və ayqlıq hesabatların təqdim edilməsi
Tələblər:
- Mühəndislik ixtisası üzrə Ali təhsil
- İnşaat sahəsində minimum 10 il, layihə rəhbəri vəzifəsində minimum 5 il iş təcrübəsi
- Bina tikintisi üzrə təcrübə
- Keyfiyyət və sağlamlıq və təhlükəsizlik standartları ilə tanışlıq
- Tikinti materialları və avadanlıqları barədə biliklər
- Tikinti və Layihə idarəedilməsi proqramları üzrə biliklər
- PMP və ya digər müvafiq sertifikatlı namizədə üstünlük verilir
- FIDIC müqavilələri haqqında məlumatı olan namizədə üstünlük verilir
- Azərbaycan və İngilis dil bilikləri (Rus dilini bilən namizədə üstünlük verilir)
- Liderlik və idarəetmə bacarıqları
- Problemlərin və stresin idarə edilməsi üzrə bacarıqlar
- Yüksək ünsiyyət qurma bacarıqları
Maraqlanan namizədlərdən öz CV-lərini “Layihə rəhbəri” başlığı ilə esmira.yeganova@asgroup.az ünvanına göndərmək xahiş olunur.
Oxşar vakansiya siyahısı:
PRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...