Qısa məzmun
North West Construction Layihəçi-mühəndis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə: Layihəçi-mühəndis (Özbəkistan, Nukus)
Vəzifə funksiyaları:
- Layihə sənədlərinin icra qurumları və dövlət müəssisələri ilə razılaşdırılmasında iştirak etmək;
- Yeni layihələrin hazırlanmasında və layihə dəyişiklikləri zamanı texniki heyətdə iştirak etmək;
- Konstruktiv layihələrin yoxlanılması, layihədəki səhvlərin düzəldilməsi;
- Qurğulara texniki baxışın həyata keçirilməsi, texniki baxış aktının və qüsur aktının hazırlanması;
- İnfrastruktur obyektlərinin, o cümlədən metallkonstruksiyaların layihələndirilməsi;
- Layihə üzrə iş həcmlərinin çıxarılması;
- Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin hazırlanması;
- Bşa çatmış tikintiquraşdırma işlərinin qəbulunda iştirak etmək;
- Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək;
- Tender sənədlərinin hazırlanması zamanı iş həcmlərinin layihəyə uyğunluğunun yoxlanılması;
- Forma 2lərin layihəyə uyğunluğunun müəyyənləşdirilməsi;
Tələblər:
- Yol tikinti sahəsində ən azı 5 il iş təcrübəsi;
- İnşaat sahəsində Ali Təhsil;
- Rus və İngilis dili biliyi;
- AutoCad, SketchUp, Tekla, SAP2000 və digər hesabat və vizualizasiya proqramlarından yüksək səviyyədə istifadə etmək və cizgilərin
- zırlanması bacarığı;
- Qüvvədə olan tikinti normativləri ilə tanışlıq;
Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində “Layihəçi-mühəndis” qeyd edərək cv@nwconstruction.com elektron ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...