Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Qazax Sement Zavodu MMC Layihələr üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.
Müəssisənin adı: “Qazax Sement Zavodu” MMC
•Əsas iş yeri: Qazax rayonu, Daş Salahlı kəndi
Namizədə dair tələblər:
- Texniki və ya inşaat sahəsi üzrə ali təhsilli olmalıdır,
- Aidiyyatı sahə üzrə minimum 3 il iş təcrübəsi olmalıdır,
- Microsoft Office proqramları, xüsusi ilə Microsoft Excel və Microsoft Word proqramlarında sərbəst işləməyi bacarmalıdır,
- Güclü kommunikasiya və prezentasiya bacarıqları olmalıdır,
- Rus və / və ya ingilis dilini sərbəst bilməsi vacibdir.
Əsas vəzifə öhdəlikləri:
- İnvestisiya planının hazırlanmasında iştirak etmək.
- Büdcəyə müvafiq olaraq layihələri əlaqələndirmək və layihə mərhələlərini idarə etmək.
- Layihələrin mövcud statusunu izləmək və hesabatları hazırlamaq
- İcra olunan layihələr barəsində aylıq və illik hesabatlar hazırlamaq
- Layihələrin monitorinqini aparmaq və onları nəzarətdə saxlamaq
- Layihənin idarə olunması üçün təhlil və qiymətləndirməyə dəstək olmaq
- Layihələrin zaman və iş planının hazırlanması və izlənməsi həyata keçirmək
- Layihənin müqaviləyə və texniki şərtnaməyə uyğunluğunu təmin etmək
- Layihə-smeta sənədlərinin alınmasını, yoxlanılmasını və saxlanılmasını təşkil etmək
- Tikinti sahələrinin texniki sənədlərlə vaxtında təmin olunmasını təşkil etmək
- Layihə-smeta sənədləri əsasında faktiki iş həcmlərini müəyyənləşdirmək və normalar əsasında istifadə olunacaq materialların sifarişini hazırlamaq
- İş planı əsasında material resurslarının ardıcıllığını müəyyənləşdirmək, sifarişlərin vaxtında və iş planına uyğun ardıcıllıqla verilməsini təmin etmək
- Görülmüş işlərin yerinə yetirilməsi aktlarının (F-2, F-3) faktiki iş həcmlərinə görə yazılmasını və layihə sənədləri ilə yoxlanılmasını təmin etmək
- Tikinti sahələrində istifadə olunmuş tikinti materiallarının normalara uyğun işlədilməsinə, saxlanılmasına və silinməsinə nəzarət etmək
- Texniki hesabatları normalara əsaslanaraq yoxlamaq, hesabatların vaxtlı-vaxtında mühasibatlığa verilməsini təmin etmək
- Texniki sənədlərin tikinti normalarına və qaydalarına uyğun hazırlanmasına nəzarət etmək
- Layihə-smeta və texniki sənədlərin saxlanılmasını və arxivləşdirilməsini təmin etmək
- Sahələr arası işlərin əlaqələndirilməsinə nəzarəti həyata keçirmək
- Podratçı və Subpodratçılar ilə bağlanmış müqavilələri layihə-smeta sənədləri əsasında yoxlayaraq iş həcmlərinə və qiymətlərə nəzarət etmək
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək
- Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Əsas təminatlar:
- Əmək haqqı razılaşma əsasında,
- Nahar ilə təmin olunur,
- Aylıq mobil rabitə limiti ilə təmin olunur,
- Zavod ərazisində yaşayış yeri şirkət tərəfindən təmin olunur (Adminstrativ heyət üçün zavod ərazisində yüksək səviyyəli Hotel – yataqxana fəaliyyət göstərir),
- İşçilərin iş yerinə rahat gediş-gəlişi üçün ətraf yaşayış məntəqələrinə (Qazax və Ağstafa rayonları) komfortlu servis avtobusları fəaliyyət göstərir.
E-mail: Hamza.Xocayev@qsz.az. Mövzu hissəsində “Layihələr üzrə mühəndis” qeyd olunması zəruridir.
Qeyd: Xahiş olunur fikri ciddi olmayan və tələb olunan sahə üzrə iş təcrübəsi olmayan namizədlər CV göndərməsin.
Oxşar vakansiya siyahısı:
PRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...