Qısa məzmun
Daşkəsən Dəmir Filiz MMC Layihələrin idarə edilməsi və satışın təşkili üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Cəmiyyətin fəaliyyətinin təşkilində iştirak etmək, zəruri olan məlumatları toplamaq və nəticələri arayış şəklində rəhbərliyə təqdim etmək;
- İqtisadi araşdırmaların və təhlillərin nəticələrini rəhbərlik və aidiyyəti əməkdaşlara, qurumlara zamanında təqdim etmək;
- Sahə üzrə strateji araşdırmaların aparılmasında iştirak etmək;
- Sahənin inkişafı ilə bağlı strateji əməkdaşlıqların yaradılmasını, tərəfdaşların tapılmasını təmin etmək;
- Dünyada fəaliyyət istiqaməti üzrə bazar məlumatlarını və qiymət trendlərini təhlil etmək;
- Fəaliyyət istiqaməti üzrə Cəmiyyətin illik satış planının hazırlanmasında iştirak etmək;
- Cəmiyyətə məxsus olan bütün məhsulların satışında iştirak etmək, zəruri olan satış sənədlərini və məlumatlarını hazırlayaraq, birbaşa rəhbərinə təqdim etmək;
- Dünyada mədən sənayesində baş verən yeniliklər və inkişaf istiqamətlərini mütəmadi izləmək və bu yeniliklərin Cəmiyyətdə tətbiqinə dair təkliflər hazırlamaq;
- Xarici şirkətlərlə biznes əməkdaşlıqlarının qurulmasında və inkişafında iştirak etmək;
- Cəmiyyətin fəaliyyətinin iqtisadi səmərəliliyini təhlil etmək və səmərəliliyin artırılması üçün müvafiq təkliflər vermək;
- Layihələrlə bağlı texniki hesabatların təhlilində iştirak edərək əlaqəli fəaliyyətlərin risklərini müəyyən etmək;
- Konsolidə edilmiş menecment hesabatlarının hazırlanmasında iştirak etmək;
- Strategiyanın tətbiq edilməsi ilə bağlı əlavə təklif və meyarların hazırlanmasında iştirak etmək;
- Strategiyanın tətbiq edilməsi ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək;
- Cəmiyyətə faydalı ola biləcək yeni innovasiyaların tətbiq olunmasını araşdırmaq, təkliflər vermək;
Namizədə tələblər:
- Ali təhsili (idarəçilik/ maliyyə/ metallurgiya sahələri arzuolunandır);
- Layihələrin idarə edilməsində sahəsində 1-3 il iş təcrübəsi;
- MS Office üzrə biliklər;
- Azərbaycan dilini səlis, İngilis və Rus dili bilikləri arzuolunandır;
Digər məlumatlar:
- İş yeri: Bakı şəhəri, Mikayıl Müşfiq 2H
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Layihələrin idarə edilməsi və satışın təşkili üzrə mütəxəssis” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elekton poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...