Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Crocus Construction Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
Əsas vəzifə və öhdəliklər:
- Müxtəlif təyinatlı bina və qurğuların elektrik quraşdırma işlərini layihələndirmək;
- Elektrik enerjisi istehsal edən qurğuların, stansiyaların, paylayıcı hava və kabel xətlərinin sxemini qurmaq;
- İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin yaradılması üçün geniş texniki və maliyyə hesablamaları aparmaq;
- Elektrik enerjisinin istehsal, ötürücü və paylayıcı sistemlərinin işini idarə etmək və monitorinq etmək;
- Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun, iş və təhlükəsizlik standartlarına cavab verməsinin təmin edilməsi məqsədilə təftiş və müşahidə prosesini həyata keçirmək;
- Layihələndirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələşdirmə proqram paketindən istifadə emək;
- Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;
- Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;
- Layihə-smeta sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət və təsdiq etmək;
- İdarənin özünün tikintiləri üçün, podratçı təşkilatlarını layihə-smeta sənədləri ilə təmin etmək;
- Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədləri hazırlamaq;
- Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək;
- Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırlmasında iştirak etmək.
Namizədə tələblər:
- Təhsil – Ali təhsil (müvafiq sahədə);
- 5-ildən artıq mühəndis vəzifəsində iş təcrübəsi;
- Kompüter bilikləri – Microsoft ofice, Word, Excell, AutoCad;
- Dil bilikləri – Azərbaycan, Rus;
- Komandada işləmək bacarığı.
İş yeri:
- Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
Nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
İş vaxtı: I-VI günlər
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər:
e-mail: recruitment@seabreeze.az
Oxşar vakansiya siyahısı:
PRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...