Qısa məzmun
Sinteks Group of Companies Logistika üzrə kiçik administrator vəzifəsi üzrə vakansiya elan edir. Problemlərin həll etmə bacarığı olmalıdır.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.
Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Logistika üzrə administrator tələb olunur.
Vəzifənin rolu:
Bu vəzifənin rolu idxal və ixrac daşınmalarının razılaşdırılmış təyinat nöqtəsinə çatdırılmasını təşkil etməkdir.
Vəzifə öhdəlikləri:
- Təchizatçılar və yük göndərmə agentlikləri ilə əlaqə qurur
- Məhsulların çatdırılmasını təşkil edir
- Nəqliyyat prosesi və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədləri hazırlayır
- Daşınma və gömrük rəsmiləşdirilməsi üçün sertifikatlar və icazələr əldə edir
- Gələcək məhsullar barədə məsul şəxsləri məlumatlandırır
- Hesab fakturaları logistika və maliyyə databazasına daxil edir
Əsas tələblər:
- Təhsil:
- Ali təhsil (Nəqliyyat və logistika üzrə dərəcə üstünlükdür)
- Logistika üzrə müvafiq sertifikat və ixtisaslaşma
- Təcrübə:
- Təchizat Zənciri və ya Logistika sahəsində minimum 1 illik təcrübə
- Pərakəndə satış şirkətlərində təcrübə üstünlükdür
- Professional Biliklər:
- İncoterm-lər və beynəlxalq nəqliyyat standartları üzrə bilik
- Azərbaycan və Rus dillərini mükəmməl, İngilis dilini yaxşı səviyyədə
- 1C-də işləmə bacarığı arzuolunandır
- MS Offic
- Professional Bacarıq və Kompetensiyalar
- İşgüzar ünsiyyət bacarıqları
- Müzakirə bacarıqları
- Analitik düşüncə
- Təfərrüatlar və nəticə yönümlü
- Zamanın idarə olunması
- Problem həll etmə bacarıqları
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Logistics Administrator” qeyd edərə recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.