Qısa məzmun
Kontakt Home Logistik əməliyyatlar üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. AR Gömrük Qanunvericiliyi bilikləri olmalıdır.
Müraciət üçün linkə daxil olun: https://qlor.me/l3ibcekh
Təsvir
- Sifariş olunan və daşınan yüklərin qeydiyyatının aparılması;
- Daşınma ilə bağlı zəruri sənədlərin toplanması, yoxlanması və aidiyyəti üzrə təqdim olunması;
- Yüklərin daşınma xərclərinin qeydiyyatının aparılması;
- Daşınma zamanı yaranmış əlavə xərclərin, cərimələrin qeydiyyatının aparılması;
- Ödəniş üçün zəruri sənədlərin toplanması və yoxlanılması;
- Nəqliyyatçılar, daşıyıcı şirkətlərlə yazışmaların aparılması;
- Gömrük prosedurları üçün tələb olunan sənədlərin, nəqliyyat xərcinin təqdim olunması;
- Lazımi sənədlərin maliyyə şöbəsinə təqdim olunması və sistemdə ödəniş üçün sorğu göndərilməsi;
- Ödənişlərin icrasına nəzarət və bu barədə daşıyıcı şirkətlərə məlumatın təqdim edilməsi;
- Sənədlərin əslinin və elektron surətlərinin arxivləşdirilməsi;
- Daxil olan sorğular əsasında sənədlərin təqdim olunması, habelə, dövrü olaraq maliyyə şöbəsi ilə ödəniş üzləşmələrinin aparılması;
- Bölmə rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, eləcə də, hesabatların hazırlanlanıb, təqdim olunması.
İş barədə məlumat:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Tələblər
- Ali təhsil (Texniki və İqtisadi sahələr üzrə arzuolunandır);
- Səlis Azərbaycan və Rus dili bilikləri, İngilis dili biliyi arzuolunandır;
- MS Office, xüsusilə Excel proqramında sərbəst işləmə bacarığı;
- Verilən tapşırıqları təyin olunmuş zaman kəsiyində icra etmək, yaranmış problemləri operativ həll etmək, eləcə də yüksək ünsiyyət bacarığı;
- Punktuallıq və detallara diqqət etmə bacarığı;
- Analitik düşünmə və təhlil etmə qabiliyyəti;
- Korporativ yazışma və işgüzar danışıqların aparılması vərdişləri.
Əlavə üstünlüklər:
- AR Gömrük Qanunvericiliyi üzrə biliklər;
- Mühasibatlıq və kargüzarlıq sahəsində təcrübə;
- Incoterms 2010/2020 bilikləri.
Oxşar vakansiya siyahısı:
Satınalma üzrə Mütəxəssis
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Tender üzrə mütəxəssis
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Satınalma üzrə təcrübəçi
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Daxili satınalma üzrə mütəxəssisBaşak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500₼
Satınalmalar üzrə kiçik mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...