Qısa məzmun
Ə/h razılaşma yolu ilə. ADY Express Logistika üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət: “ADY Ekspress” MMC
Vəzifə: Logistika əməliyyatları üzrə analitik
İş yeri: Bakı şəh., Xətai Biznes Mərkəzi
Öhdəliklər:
- İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar olan hesabatların hazırlanması;
- Yerli və xarici daşıma şirkətləri ilə istər müştəri, istərsə də partnyor qismində cəlb edilməsi məqsədilə danışıqlar aparmaq;
- Daşınma ilə əlaqədar hesabatların aparılması;
- Logistik əməliyyatların optimallaşdırılması;
- Cəmiyyət tərəfindən daşınılan yüklərin izlənilməsi;
- Hesabatlara uyğun yeni modernləşmə və analizlərin tətbiqi;
- Proqnoz və nəticələrin effektiv vizuallaşdırılması;
- Müştərilər tərəfindən göndərilən sorğunun operativ və dəqiq cavablandırılması;
Tələblər:
- Ali təhsil (universitetə giriş balı 500-dən yuxarı olanlara üstünlük veriləcək);
- Riyazi bilik, dəqiqlik, araşdırma qabiliyyəti, analitik və məntiqi düşüncə;
- Excel-i yüksək səviyyədə bilmək; Power BI proqram təminatında işləmə bacarığı; SQL proqramlaşma dili üstünlükdür;
- Tez mənimsəmə qabiliyyəti, öyrənmək və özünü inkişaf etdirməyə meyllilik;
Xahiş olunur CV-lərinizi 30 İyun 2021-ci il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Logistika əməliyyatları üzrə analitik” qeyd etməklə HR@adyexpress.az adresinə göndərəsiniz.
Xahiş edirik, nəzərə alasınız ki, yalnız seçilən namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...