Qısa məzmun
Sirab Satış və Dağıtım MMC Logistika müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Əsas tələblər:
- Təhsil dərəcəsi: Bakalavr
- Anbar və nəqliyyat sahəsində ən azı 3 il təcrübəsi olmalı;
- Yüksək idarəçilik və ünsiyyət qabiliyyətinə sahib olmalı;
- Araşdırma və analiz bacarığı olmalı;
- MS Office (Word, Excel, Outlook) proqramları ilə işləməyi bacarığı.
Fərdi keyfiyyət göstəriciləri:
- Komanda ilə işləmə bacarığı;
- İdarəetmə qabiliyyəti;
- Gərgin iş tempinə uyğunlaşa bilən.
- Yaradıcı və innovativ yanaşmalara açıq;
- Planlaşdırma və problem həll etmə bacarığı.
- Yenilikçi və proaktiv yanaşma.
İş barədə:
- Anbar və nəqliyyat ilə bağlı uçotun aparılmasını və hesabatların hazırlanmasını təşkil etməli;
- Sifarişlərin düzgün yüklənməsinə və çatdırılmasına nəzarət etməli;
- Anbardan səmərəli istifadə, bağlamaların axtarılmasının asanlaşdırılma və tezləşdirilmə prossesini nəzərə almaqla anbarda malların qəbulu, yerləşdirilməsi və məxaric edilməsi işlərinin idarə olunması;
- Anbarda olan malların miqdarının qalıqla faktiki qalığın dəqiq olmasına cavabdehlik;
- Anbarın mədaxil, məxaric və qalıq mal üzrə hesabatının gündəlik aparılması və rəhbərliyə təqdim edilməsi
- Tabeçiliyində olan əməkdaşların işinin idarə edilməsi, fəaliyyətlərinin düzgün istiqamətləndirilməsi və əlaqələndirilməsi;
- Sifarişlərin çatdırılması zamanı yarana biləcək problemlərin qarşısının öncədən alınması üçün müvafiq planların hazırlanması və tətbiqi;
- Sahələrlə sıx əlaqədə olmaqla sifarişlərin mütəmadi planlanması və qəbul edilməsi prosesinin izlənilməsi;
- Rəhbərliyin işlə bağlı digər tapşiriqlarının icra edilməsi;
İş vaxtının norması:
- 6 günlük iş rejimi;
Vəzifə üzrə əmək haqqı digər imtiyazlar:
- Yemək şirkət tərəfindən
- Şirkət nömrəsi və danışıq paketi.
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı)
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Logistika müdiri.” yazmaqla e-mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...
İnci Group of Companies Xarici satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...