Qısa məzmun
Azersun Holding Logistika şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. Nəqliyyat və ya logistika sahəsində ən azı 5 il təcrübəsi olmalıdır.
Vəzifə tələbləri:
- Ali təhsilli olmalı;
- Nəqliyyat və ya logistika sahəsində ən azı 5 il təcrübəsi olmalı;
- Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərini yaxşı tanımalı;
- Yol hərəkəti qaydalarını yaxşı səviyyədə bilməli;
- Nəqliyyat vasitəsini əla səviyyədə idarə edə bilməli;
- Yüksək idarəçilik və ünsiyyət qabiliyyətinə sahib olmalı;
- Araşdırma və analiz bacarığı olmalı;
- MS Office (Word, Excel, Outlook) proqram paketi ilə işləməyi bacarmalıdır.
İş haqqında məlumat:
- Nəqliyyat və logistika ilə bağlı uçotun aparılmasını və hesabatların hazırlanmasını təşkil etməli;
- Sifarişlərin düzgün yüklənməsinə və çatdırılmasına nəzarət etməli;
- Sürücülərin xüsusi qrafiklərinin hazırlanmasını təmin etməli;
- Logistik proseslərin optimallaşdırılmasına yönəlmiş təklifləri irəli sürməli;
- Nəqliyyat vasitələrinin idarə edilməsi üçün etibarnamələrin hazırlanması və uçotunun aparılmasını təşkil etməli;
- Yeni nəqliyyat vasitələrinin Yol Polisi İdarəsində qeydiyyata salınması və sürücülərə təhvil verilmə prossesini təşkil etməli;
- Yeni nəqliyyat vasitələrinin lazımi sığorta növləri ilə təmin edilməsini təşkil etməli;
- Şirkətin nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi və lazım olduqda təmirini təşkil etməli;
- Şirkətin nəqliyyat vasitələrinin inzibati xətalarının yoxlanılması və sürücülərin məlumatlandırılmasına nəzarət etməli;
- Nəqliyyat vasitələri ilə bağlı satınalma sifarişlərinin daxili satınalma qaydalarına əsasən icra olunmasını təşkil etməlidir.
İş Saatları:
Həftə içi 6 gün
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Logistika şöbə müdiri” qeyd etməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...