Qısa məzmun
Mover LLC şirkəti Logistika üzrə assistant vəzifəsi üzrə vakansiya elan edir.
Əmək haqqı: ilkin 2 ay təcrübə müddətində 200 AZN, sonra 400 AZN
Tələblər:
- Yaş həddi: 20- 35
- Dil biliyi-İngilis dili yaxşı səviyyədə
- Ali təhsil
Vəzifələr:
- İdxal və İxrac əməliyyatlarına nəzarət;
- İdxal-İxrac şirkəti və alıcı arasında əlaqənin təmin olunması;
- İdxal-İxrac şirkətindən alınmış sənədlərin (invoys, MAWB) düzgünlüyünün yoxlanması;
- Təmsil etdiyi şirkətdən alınmış sənədlərin (HAWB) və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması;
- Gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi; ərizələrin yazılması
- Alıcının tələbinə uyğun olaraq İdxal və İxrac əməliyyatları üçün nəzərdə tutulan fitosanitar, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınmasının təmin edilməsi;
- Yükün saxlanma temperaturu, quru buz və s şərtlərin təmin olunmasına nəzarət;
- Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq;
- Nəqliyyat və gömrük sənədləri ilə iş; bütün zəruri icazələrin hazırlanması;
- İdxal və İxrac əməliyyatları sənədlərinin (HAWB/MAWB/ Invoice/ Silkway doc/box- handover paper/dry ice invoice/ Letter to BCT/(Letter from Ministry of Health (CNEE))) müvafiq qaydaya uyğun toplanması;
- Bazar qiymətlərinin monitorinqi, güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi;
- Yükün onlayn izləməsinin aparılması;
- Yükün gömrükdə hərəkətlərinin izlənməsi;
- CRM əməliyyat sisteminin idarə olunması;
- CRM əməliyyat sistemində yükün hərəkətlərinin/axışlarının gömrük hərəkətlərinə müvafiq olaraq sistemə manual daxil edilməsi;
- Emaillərin vaxtında və düzgün cavablandırılması;
- AR əmək məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: həftədə 6 gün
- Karyerada inkişaf imkanları
Qeyd olunmuş tələblərə cavab verən namizədlərdən CV- lərini mövzu yerində “Logistika üzrə assistant ” qeyd edərək elektron ünvanına göndərməkləri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...