Qısa məzmun
Ə/h razılaşma yolu ilə. ADY Ekspress Logistika üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. İş təcrübəsinin olması vacib deyil.
İş yeri: Bakı şəh., Xətai Biznes Mərkəzi
Öhdəliklər:
- Müştərilər tərəfindən göndərilən sorğunun operativ və dəqiq cavablandırılması;
- İdxal-ixrac, tranzit və daxili daşınan yüklər üzrə tarifləri hesablamaq;
- Yerli və xarici daşıma şirkətləri ilə istər müştəri, istərsə də partnyor qismində cəlb edilməsi məqsədilə danışıqlar aparmaq;
- Sifarişlərin Şirkətin daxili proqram təminatına işlənməsi, müştərilərə daşıma kodlarını təqdim etmək.
Tələblər:
- Ali təhsil (universitetə giriş balı 500-dən yuxarı olanlara üstünlük veriləcək);
- Azərbaycan və rus-dilində sərbəst danışıq və yazma bacarığı, ingilis-dilini bilənlərə üstünlük veriləcək;
- Riyazi və coğrafi bilik, dəqiqlik, araşdırma qabiliyyəti, analitik və məntiqi düşüncə;
- Microsoft Office proqram təminatından istifadə qabiliyyəti;
- Tez mənimsəmə qabiliyyəti, öyrənmək və özünü inkişaf etdirməyə meyllilik;
- İş təcrübəsinin olması vacib deyil.
Xahiş olunur CV-lərinizi e-poçtun mövzu (“subject”) hissəsində “Logistika üzrə kiçik mütəxəssis/mütəxəssis” qeyd etməklə hr@logistics.com.az adresinə göndərəsiniz.
Xahiş edirik, nəzərə alasınız ki, yalnız seçilən namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...