Qısa məzmun
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə olan tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi;
- Yerli və xarici idxal/ixrac qanunvericiliyini bilmək;
- Azərbaycan, Rus və İngilis dillərini əla səviyyədə bilmək;
- Müvafiq qanunvericilik aktları və normalarını bilmək;
- Microsoft Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Yaş həddi; 30-45
İş haqqında məlumat:
- Maşınların vaxtında və düzgün çatdırılmasına nəzarət etmək, gündəlik marşrutlara nəzarət və vaxtında çatdırılmasını təmin etmək üçün marşrut planlarını təkmilləşdirilməsi;
- Daşınma prosesində tələb olunan gömrük və digər tələb olunan sənədləri hazırlamaq;
- Xarici və daxili əlaqələrin yaradılması, çatdırılma tarixlərinin müəyyən edilməsi işləri;
- Daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, daşınması, yerləşdirilməsi, saxlanılması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət;
- İdxal-ixrac, tranzit və daxili daşınmalar üzrə yüklər üçün tarifləri hesablamaq;
- Daşınma xərci, sığorta və gömrük rüsumları barədə məlumatların müəyyən olunması və ödənişlərin vaxtında icrasına nəzarət;
- Qəbul-təhvil sənədlərinin düzgün rəsmiləşdirilməsinə, qəbul olunan maşınların razılaşmaya uyğun olmasına nəzarət;
- İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar olan hesabatları hazırlamaq və prosesə nəzarət etmək;
- Logistik problemləri aşkarlanması və təkmilləşdirmələr üçün planlar hazırlayıb tətbiq edilməsi;
- Beynəlxalq Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika sahəsində xarici əlaqələrin təşkili;
- Xarici şirkətlərdən təkliflər almaq, dəyərləndirmək, təkliflərin dəyərləndirilməsi hesabatları (müqayisə cədvəlləri) tərtib edərək müqayisəli şəkildə ən sərfəli qiymət və şərtlərlə təklifləri müəyyən etmək və müdiriyyətin təsdiqinə göndərmək.
- Yük nəqliyyat qaimələrinin (daxili və xarici daşınmalarla bağlı) geri dönüş qeydiyyatını aparmaq, həftəlik və aylıq hesabat hazırlamaq
- Ölkə daxili və ölkə xarici göndərişlərinin rəsmiləşdirilməsində iştirak etmək və dəstək funksiyasını yerinə yetirmək
İş şəraiti:
- 6 günlük iş həftəsi ;
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə;
- Əmək haqqı -1500-2000
Vakansiyaya müraciət üçün CV-ləri “Logistika üzrə koordinator” başlığı ilə hr@asadzadesanan.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...