Qısa məzmun
Auto Azerbaijan Logistika üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
Aşağıdakılardan ibarətdir, lakin yalnız onlarla məhdudlaşmır:
- Sifarişlərin stoka, transit və plana uyğun olaraq hazırlanması, təsdiqdən sonra sistemə yazılması
- İstehsalda olan avtomobilləri sistemdə gündəlik olaraq yoxlamaq, lazımı məlumatları satıcılara və ya mühasibatlığa bildirmək
- Yeni kodların daxili sistem üçün yazılması və məlumatın doldurulması
- Alternativ və daha optimal daşıma yollarını araşdıraraq rəhbərliyə təkliflər vermək
- Anbar və daxilolmaların/çıxarılmaların idarə olunması
- Logistika üzrə şöbə müdirinin göstərişlərinin yerinə yetirilməsi
Tələblər:
- Ali təhsilli;
- İntermediate level ingilis dili biliyi ( rus dili üstünlükdür )
- Aidiyyatı sahə üzrə minimum 1-2 il təcrübəli
- Logistika prosesləri haqqında ümumi məlumat
- Dəqiq, detallara diqqət edən, təşəbbüskar
Əmək şəraiti:
- İş yeri: Ziya Bünyadov pr. 118
- 6 günlük iş rejimi;
- Əmək haqqı – Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.
Bu iş üçün müraciət etmək istəyirsinizsə CV-nizi “Logistika üzrə mütəxəssis” başlığı ilə e-mail ünvanına göndərə bilərsiniz.