Qısa məzmun
Baku Electronics LTD Loyallıq proqramı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Müştəri kartları ilə bağlı bütün proseslərə nəzarət etmək;
- Müştəri məlumatlarının toplanması və sistemə düzgün daxil edilməsinə nəzarət etmək;
- Müştəri məlumatlarının tamamlanması üçün yeni təkliflər hazırlamaq;
- Müştəri kartlarına aid layihələrində iştirak etmək və kartlara aid prosesləri icra etmək;
- Promouterlər tərəfindən daxil olan blankları yoxlamaq;
- Promouterlərin iş keyfiyyətinə nəzarət etmək;
- Proqrama məlumatların daxil edilməsini təmin etmək;
- Sistemdə olan məlumatların təmizlənməsi və düzəldilməsini təmin etmək;
- Kartların aktiv edilməsini təmin etmək;
- Servis sms-lərinin göndərilməsini təmin etmək;
- Müştəri bazasını analiz etmək və problemlər haqqında hesabat hazırlamaq;
- Həftəlik və aylıq hesabatları hazırlamaq;
- Təlim materiallarını aktual məlumatlarla yenilənməsini təmin etmək;
- Promouterlərə təlimlər keçmək və onları imtahan etmək;
- Loyallıq proqramı çərcivəsində bütün proseslərə nəzarət etmək;
- Digər struktur bölmələri ilə qarşılıqlı işi təşkil etmək;
- Şirkətdaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət etmək;
- Baş verən fors major hadisələr barədə rəhbərinə məlumat vermək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında yerinə yetirmək.
Tələblər:
- Ali hüquq təhsili;
- Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyəti;
- Üzərinə düşən vəzifələrin tam vaxtında, keyfiyyətli və müstəqil icrasını yerinə yetirmək;
- İş mühitinə uyğunlaşmaq və kollektivlə birgə işləmək;
- Əla səviyyədə Azərbaycan dili biliyi, Rus dili və İngilis dili biliyi üstünlük təşkil edir.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Loyallıq proqramı üzrə mütəxəssis” qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur.