Qısa məzmun
Kontakt Home Məlumat bazası üzrə administrator vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://qlor.me/lib6mawg
Təsvir
- Verilənlər Bazaların dizayn edilməsi, qurulması və dəstəklənməsini təmin edilməsi;
- Verilənlər bazasının sazlanması, konfiqurasiya və təkmilləşdirilmə işlərinin həyata keçirilməsi;
- Verilənlər bazalarını müntəzəm şəkildə idarə etmək üçün avtomatlaşdırma metodlarının təkmilləşdirilməsi;
- Verilənlər bazasının mövcudluğunu və performansının artırmaq üçün monitorinq prosedurlarının tətbiq edilməsi;
- Verilənlər bazasının təhlükəsizliyinin təmin edilməsi üçün lazımı tətbiq və prosedurların həyata keçirilməsi;
- Verilənlər bazası və digər İT infrastruktur layihələri ilə əlaqəli kompleks problemlərin həlli və planlanmasında fəal iştirak edilməsi;
- Müvafiq texniki sənədləşməsinin yaradılması və müşayiəti.
Tələblər
- MSSQL, MySQL, PostgreSQL və ya digər verilənlər bazasının konfiqurasiyası, idarəedilməsi və “storage engine” haqqında ümumi biliklər;
- DB arxitekturası üzrə yüksək biliklər;
- Verilənlər bazası optimallaşdırması və SQL sorğuların yazılması, analizi, baş verən problemlərin həlli üzrə iş təcrübəsi;
- Bərpa əməliyyatları haqqında yüksək biliklər;
- Log shipping və Always-On üzrə bilikləri;
- SQL, TSQL üzrə biliklər;
- Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Səlis Azərbaycan dili biliyi, Rus və İngilis dili bilikləri üstünlükdür;
- Detallara və nəticəyə yönümlülük;
- Problem həll etmə və analiz bacarıqları;
- Komandada işləmə bacarığı.