Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kontakt Home Mətn yazarı (Copywriter) vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan və rus dillərində səlis danışma və yazma qabiliyyəti;
- İngilis dilindən tərcümə etmə bacarığı;
- Kopirayter vəzifəsi üzrə iş təcrübəsi – 1 ildən artıq;
- İnternetdən məlumatı qısa müddət ərzində tapmaq bacarığı;
- Sürətlə yazma bacarığı;
- İşlərdən ibarət Portfolio.
Arzuolunan tələblər:
- Filologiya, jurnalisika və ya marketinq sahəsində təhsil arzuolunandır;
- İşdə özünü təkminləşdirmə istəyi;
- Mətnin reklam formasında təqdim etmə bacarığı;
- Analitik düşüncə tərzi.
Əmək funksiyaları:
- Müxtəlif formatda reklam mətnlərinin və kontentin yazılması;
- Layihənin mahiyyətini dərindən anlamaq (materialın məqsədi, mesajın məzmunu);
- Mətnin strukturunu yaratmaq;
- Müştərilərin diqqətini cəlb edəcək satışyönümlü mətnlər düşünmək;
- Məhsulların marketinq cəhətdən təsviri;
- Məhsul və xidmətlərin tanıtımı üçün paylaşım məktublarını yazmaq;
İş barədə məlumat:
- Əmək məcəlləsinə uyğun sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mətn yazarı (Copywriter)” qeyd edərək hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Efir koordinatoru (təcrübəçi)
İctimai Televiziya və Radio Yayımları Şirkəti Efir koordinatoru (təcrübəçi) üzrə vakansiya elan edir. ...