Qısa məzmun
Sinteks Group of Companies Mağaza meneceri vəzifəsi üzrə vakansiya elan edir. Satış bacarıqları olmalıdır.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Mağaza Meneceri tələb olunur.
Vəzifənin rolu:
- Bu vəzifənin rolu mağazada satış və satınalma proseslərini təşkil etməkdir.
Vəzifə öhdəlikləri:
- Satış və Mal Qalıların əsasında baş anbardan sifarişi formalaşdırmaq
- Satışların təşkili üçün nəzərdə tutulan qeyri-kommersiya mallarını sifariş etmək
- Satış təmsilçilərinə aylıq satış hədəflərini təyin etmək
- Satış hədəfi tələblərini yerinə yetirmək
- Mağaza işçilərini işə götürmək
- İşçi heyətinin müvafiq – “Satış Üsulları” “Müştəri Xidmətləri” təlimlərini vermək
- Yeni kolleksiyalar haqda mağaza heyətini tanış etmək
- Brendin standartlarına uyğun məhsulların sərgilənməsini təşkil etmək
- Mağazalarda müştəri xidmətini tələblərinə riyaət etmək
- İşçilərin iş qrafiklərini hazırlamaq və davamiyyəti müvafiq olaraq idarə etmək
- İş prosedurlarına uyğun olaraq gündəlik işləri təşkil etmək
- Şirkətin əmlakının qorunub saxlanılmasını təmin etmək və talan edildiyi təqdirdə rəhbərinə məlumat vermək
- Mağazadakı nasazlıqları aşkar etmək və qısa müddətdə aradan qaldırılması üçün tədbirlər görmək
- Mağazadakı intizam qaydalarına riayət etmək və intizam pozuntuları barədə rəhbərliyi məlumatlandırmaq
Əsas tələblər:
- Təhsil:
- Ali təhsil
- Təcrübə:
- Müvafiq satış sahəsində ən az 4 il iş təcrübəsi
- İdarəetmə sahəsində təcrübə arzuolunandır
- Professional biliklər:
- Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili orta səviyyədə
- Professional bacarıq və kompetensiyalar:
- İdarəetmə bacarığı
- Liderlik
- Təşkilatçılıq
- Satış bacarıqları
- Müsahibə aparmaq bacarığı
- Təlim keçmə bacarığı
- Ünsiyyət bacarıqları
- Zamanın idarəolunması
- Problem həll etmə
- Stressə davamlılıq
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza Meneceri” qeydedərək recruitment.sales@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Togas Tekstil Evi Satıcı - konsultant / məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
ZETA Group of companies şirkəti Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Togas Tekstil Evi Satıcı - konsultant / məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Merçandayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
Inci Group of Companies LLC Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
ОБЯЗАННОСТИ: • Общение с клиентами и презентация товаров • Предоставление клиентам полной ...