Qısa məzmun
Sinteks Group of Companies Mağaza meneceri vəzifəsi üzrə vakansiya elan edir. Satış bacarıqları olmalıdır.
Vəzifənin rolu:
Bu vəzifənin rolu mağazada məhsulların alışını və satışını təşkil etməkdir.
Vəzifə öhdəlikləri:
- Satış göstəriciləri və məhsul qalığının əsasında satınalma büdcəsini formalaşdırır
- Satış üçün məhsulları sifariş edir
- Satışların təşkili üçün nəzərdə tutulan qeyri-kommersiya xarakterli malları sifariş edir
- Satış təmsilçilərinə aylıq satış hədəflərini təyin edir
- Ümumi satış hədəfi tələblərini yerinə yetirir
- Mağaza işçilərini işə götürür
- İşçi heyətinə müvafiq “Satış Texnikası”, “Müştəri Xidmətləri” təlimlərini verir
- Yeni kolleksiyalar haqda mağaza heyətini tanış edir
- VİP satışları həyata keçirir
- Brendin standartlarına uyğun məhsulların sərgilənməsini təşkil edir
- Mağazalarda müştəri xidməti tələblərinə riayət edir
- İşçilərin iş qrafiklərini hazırlayır və davamiyyəti müvafiq olaraq idarə edir
- İş prosedurlarına uyğun olaraq gündəlik işləri təşkil edir
- Autsors işlərini təşkil (dərzi,kimyəvi təmizləmə işləri və s.) edir
- Şirkətin əmlakının qorunub saxlanılmasını təmin edir və talama halları barədə rəhbərinə məlumat verir
- Mağazadakı nasazlıqları aşkar edir və qısa müddətdə aradan qaldırılması üçün tədbirlər görür
- Mağazada sanitariya-gigiyena, təhlükəsizlik və intizam qaydalarına riayət edir və pozuntular barədə rəhbərliyi məlumatlandırır
Əsas tələblər:
Təhsil:
- Ali təhsil arzuolunandır
Təcrübə:
- Müvafiq satış sahəsində ən az 4 il iş təcrübəsi
- İdarəetmə sahəsində ən az 2 il təcrübə
- Sifariş etmə təcrübəsi
- Müsahibə aparmaq təcrübəsi
- Bonus sistemi ilə işləmə təcrübəsi
Professional Biliklər:
- Müştəri Xidmətləri
- Satış Texnikası
- Merçendayzinq qaydaları
- Şirkətin daxili idarəetmə proseduru
- Rus dilli mükəmməl, İngilis dili orta səviyyədə
- MS Office Proqramlarını mükəmməl bilmək
Professional Bacarıqlar və Kompetensiyalar:
- İdarəetmə bacarığı
- Liderlik
- Təşkilatçılıq
- Satış bacarıqları
- Müsahibə aparmaq bacarığı
- Təlim keçmə bacarığı
- Ünsiyyət bacarıqları
- Zamanın idarəolunması
- Problem həll etmə
- Stressə davamlılıq
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza Meneceri” qeyd edərək elektron poçt ünvanına göndərə və ya bu nömrə ilə əlaqə saxlaya bilərlər: (051) 201-25-62.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
ADORE kompani Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...
ADORE Kompani MMC Satıcı-məsləhətçi vakansiyasını elan edir. ...
Sabah Group LLC Satış Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Royal Home Premium qab-qacaq mağazasına Satış Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Satış üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Embawood şirkəti Satış məsləhətçisi (Quba mağazası üçün) vəzifəsi üzrə vakansiya elan edir. ...
Azerimed Regionlar üzrə Tibbi nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
Agro-West DC LLC Merçendayzer-ekspeditor vəzifəsi üzrə vakansiya elan edir. ...