Qısa məzmun
Pate Patisserie Mağaza müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;
- Müştərilərdən daxil olan hər bir informasiyaya operativ reaksiya vermək və həll etmək;
- Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;
- Mağaza heyəti tərəfindən müştəri məmnuniyyətinin təmin edilməsinə nəzarət etmək;
- Mağazanın fəaliyyətinə aid hesabatların təqdim edilməsi;
- Mağaza çalışanlarına düzgün satış strategiyasını öyrətmək və təlim keçmək;
- Mağazada xidmət standartlarının həyata keçirilməsi;
- Personala rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək;
- Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək;
- Mağazanın fəaliyyətini itki və xərclərin azaldılması hesabına optimallaşdırmaq;
- Mağazada satılacaq məhsulların sifarişini formalaşdırmaq və vaxtında istehsalat bölümünə təqdim etmək
Tələblər:
- İş təcrübəsi 5 il
- Yaş 30 – 50
- Ali təhsil arzu olunandır
- Həmin sektorda ən azı 3 – 4 il təcrübə arzuolunandır
- Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı
- Satış texnikası və prinsiplərini bilmək
- Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək
- İşgüzar davranış etikası
- Xoşgörünüşlü
- Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik
- Karyerasını satış sahəsində qurmaq istəyi
- Azərbaycan Dili (əla), Rus dili (əla)
- Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook)
İş rejimi və əmək haqqı:
- Həftədə 6 gün, saat 09:00-18:00 (müştəri ehtiyacına görə iş saatı dəyişkən ola bilər)
- Təcrübəyə görə sabit əmək haqqı və satışdan 5 % bonus
Maraqı olan şəxslər CV-ni “Mağaza Müdiri” başlığı altında qeyd olunan elektron ünvanına göndərə bilərlər: info@pate.az
Oxşar vakansiya siyahısı:
Xahiş edirik, “Satış üzrə məsləhətçi” vakansiyamızın saytınızda dərc olunmasına dəstək olasınız: İş barədə məlumat İş əsnasında ...
Embawood şirkəti Satış koordinatoru (Sumqayıt) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Merçandayzer ( Sumqayıt ərazisi üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...