Qısa məzmun
Army MMC şirkəti Mağaza müdiri vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Mağazanın iş fəaliyyətini idarə etmək;
- Mağaza daxilində satış əməliyyat işlərinə nəzarət etmək;
- İşçi heyəti arasında məlumat mübadiləsini təmin etmək;
- Qida təhlükəsizliyi standartlarına, sağlamlıq və təhlükəsizlik tələblərinə uyğunluğu təmin etmək;
- Bölgə müdiri tərəfindən verilən tapşırıqları icra etmək;
- Satış nöqtələrindən və alıcılarından daxil olan hər bir informasiyaya operativ şəkildə reaksiya vermək;
- Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasını təmin etmək;
- Müştəri məmnuniyyətinin təmin edilməsini həyata keçirmək;
- İşçi heyətinin daxili nizam-intizam qaydalarına əməl etməsinə nəzarət etmək;
- Mağazanın fəaliyyətində itki və xərclərin azaldılması istiqamətində təkliflər irəli sürmək;
- Mağaza üçün ehtiyac duyulan malların sifarişini vermək, stoku nəzarətdə saxlamaq;
Namizədə dair tələblər:
- Ali təhsil;
- Pərakəndə satış və idarəetmə sahəsində 5 il və üzəri təcrübə;
- Satış texnikası və prinsiplərini bilmək;
- Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək;
- Münaqişələrin həlli bacarıqları;
- Məsuliyyət, operativlik, inkişafa meyillilik;
- MS Office proqramları üzrə biliklər;
İş şəraiti:
- 6 günlük iş rejimi;
- İş saatı: 08:00/18:00;
- Nahar yeməyi şirkət tərəfindən qarşılanır;
- Əmək haqqı: 2000 AZN;
- İş yeri: Biləcəri, Avtovağzal
Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində “Mağaza müdiri” qeyd edərək, öz CV-lərini hr2@armymarket.az mail ünvanına göndərə bilərlər;
Əlaqə nömrəsi: 051 201 35 66
Oxşar vakansiya siyahısı:
Sağlam Ailə” tibb mərkəzi Tibbi koordinator (çağrı mərkəzi) vakansiyası elan edir. ...
Çinici şirkəti Mağaza müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mister Wood Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Bakı Oksigen Kompani ASC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group Mağaza menecerinin müavini (Toys shop) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group-The Entertainer oyuncaq mağazalar şəbəkəsi Satış məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 400-500 AZN. LİBRAFF MMC Satış üzrə məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...