Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Superfon Mağaza müdiri (Sumqayıt) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə Öhdəlikləri:
- Mağazada bütün işçilərin öz vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi;
- Tabeçiliyindəki komandanı idarə etmək, peşəkar cəhətdən yetişdirmək və motivasiyada saxlamaq;
- Müştəri məmnuniyyətini təmin etmək və yeni müştərilər qazanmaq;
- Mağazada məhsul qalığına nəzarət edilməsi;
- Daxili standratlara uyğun olaraq rəf düzülüşünə nəzarət etmək;
- Qoyulan satış hədəflərini təqib etmək və yerinə yetirmək;
- Mağazanın səliqə-səhmanına və heyətin nizam-intizamına nəzarət etmək.
Tələblər:
- Orta ixtisas və Ali təhsil arzualonandır
- Müvafiq sahə üzrə iş təcrübəsi: 1 ildən çox
- İdarəetmə bacarığı
- Dinamiklik, diqqətcil və analiz etmək bacarıqlarının olması;
- İşgüzar davranış etikası olmalı;
- Outlook, MS Office, proqramları biliyi;
- Komanda ilə işləmək bacarığı;
- Dil biliyi-Azərbaycan dili (Əla), xarici dil biliyi üstünlükdür;
- İstirahət günləri: Həftə ərzində 1 gün;
Təminatlar:
- Karyera yüksəlişi imkanı;
- Korporativ mobil nömrə
- Bonus sistemi
- Təlimlər
- Əmək məzuniyyəti
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə
Müraciət qaydaları:
CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu bölməsində vəzifə adını – “Mağaza müdiri(Sumqayıt)” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...