Qısa məzmun
“MKT İK” MMC Mal-material üzrə nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://hr.mktcotton.com/az/job/mal-material-uzre-nezaretchi
Təsvir
- Anbarlarda müqavilə əsasında icarəyə götürülən və Şirkətə məxsus qurğu və avadanlıqları, operatorları və işçi qüvvəsini səmərəli və effektiv şəkildə əlaqələndirmək, ayırmaq və nəzarətdə saxlamaq;
- Tapşırıqları müvafiq qaydada qəbul etmək, siyahılaşdırmaq və onları anbar işçilər arasında bölüşdürmək;
- Bütün satın alınan, tələb olunan və buraxılan materialların, avadanlıqların, alətlərin qeydiyyatlarının proqram təminatında materiallara nəzarət və anbar sahəsinin fəaliyyətini tam əhatə etməsini təmin etmək;
- Bütün mədaxil və məxaric olan materialların, avadanlıqların və alətlərin sifarişlərinin dəqiqliklə hazırlanıb fayllarda saxlanmasını təmin etmək;
- Anbarda saxlanmalı olan bütün materiallar və alətlər barəsində proqram təminatında məlumatların təzələnməsini və onların xüsusi yeşiklərdə saxlanmasını təmin etmək;
- Proqram təminatına daxil olan bütün materialların sənədləşmə tələblərinə uyğun olmasını təmin etmək;
- Məxaric olunan bütün materialların və alətlərin proqram təminatında lazımi qaydada qeydiyyata alınmasının, həmçinin düzgün sənədləşmə və invoys tələblərinə cavab verməyən materialların növbəti qərar verilənədək karantində saxlanmasını təmin etmək;
- Yoxlamalardan sonra düzəlişlər və əlavələrin Karantin qeydiyyat jurnalına vaxtlı-vaxtında daxil olunmasını təmin etmək;
- Düzgün qeydlərin aparılması və MKT idarəçiliyində olan məlumat bazasına daxil olmasını təmin etməklə inventarların sayılması/onlara nəzarət;
- Anbardan göndərilən istehsal materialları və alətləri üçün bütün müvafiq sənədlərin (yük qaiməsinin, tələb olunan əlavələrin, Materialların təhlükəsizlik pasportlarının, sertifikatların və s.) təqdim olunmasını təmin etmək;
- Materialların təhvil verilməsi və ya ötürülməsi əməliyyatlarının proqram təminatında işlənməsini, prosedura uyğun olaraq sənədlərin təqdim olunmasını və arxivləşdirilməsini təmin etmək;
- Mal material şöbəsinin fəaliyyətdən doğan nailiyyətlərin monitorinqi, habelə, baş verə bilən bütün gecikmələrin və ya boşluqlar barədə rəhbərliyin məlumatlandırılmasını təmin etmək;
- Bütün materialların anbarda düzgün, təhlükəsiz şəraitdə, zədəsiz və normal istismar tələblərinə uyğun olaraq saxlanmasını təmin etmək.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə ən az 3 illik iş təcrübəsi;
- Sertifikatlar arzuolunandır;
- 1C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
- Yerli uçot qanunvericiliyi üzrə biliklər;
- Vergi qanunvericiliyi üzrə biliklər;
- Azərbaycan dili səlis, ingilis dili yüksək səviyyədə və rus dili arzuolunandır;
- MS Office (Word, Excel,Outlook) proqramlarını yüksək səviyyədə bilmək.
Vakansiya haqqında əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.
- İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30).
Oxşar vakansiya siyahısı:
Satınalma üzrə Mütəxəssis
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Tender üzrə mütəxəssis
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Satınalma üzrə təcrübəçi
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Daxili satınalma üzrə mütəxəssisBaşak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500₼
Satınalmalar üzrə kiçik mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...